Yunusların qızı "onların həbsxanada öləcəyindən” qorxur

Arif, Leyla və Dinara Yunuslar

Dinara Yunus oktyabrın 28-də Vaşinqtonda keçirilən brifinqində deyib ki, o ciddi xəstə olan valideynlərinin taleyi barədə “çox ümidsizdir”.

Azərbaycanda məhbus edilmiş insan haqları müdafiəçiləri Leyla və Arif Yunusların qızı “valideynlərinin dəmir barmaqlıqlar arxasında ölə biləcəyindən” narahat olduğunu bildirib.

Onların həyatı təhlükədədir və onları indi azad etmək lazımdır

Dinara Yunus oktyabrın 28-də Vaşinqtonda keçirilən brifinqində deyib ki, o ciddi xəstə olan valideynlərinin taleyi barədə “çox ümidsizdir”.

“Onların həyatı təhlükədədir və onları indi azad etmək lazımdır” – deyib Dinara Yunus.

Brifinq Amerika Konqresində insan haqlarının müdafiəsi üçün keçən il yaradılmış senat qrupu tərəfindən təşkil edilmişdi.

Prezident İlham Əliyevin kəskin tənqidçiləri olan Leyla və Arif Yunuslar ötən avqustda dövlətə xəyanət və başqa iqtisadi ittihamlarla uzunmüddətli həbsxana cəzasına məhkum ediliblər.

Hər iki insan haqları müdafiəçisi onlara qarşı irəli sürülmüş ittihamları rədd ediblər.

Onlar yaşamağa layiqdirlər

Həyatı üçün yaranmış təhlükə ilə əlaqədar hazırda Hollandiyada yaşayan Dinara Yunus Vaşinqtonda keçirilən brifinqdə bildirib ki, o valideynlərini bir daha görə bilməyəcəyindən nigarandır.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard D Kauzlarich brifinqdə çıxış edib

Dinara Yunus deyib ki, səhhətlərində ciddi problemləri olan valideynlərini görmək və hətta ən kədərli halda onların dəfnində iştirak etmək imkanından həmişəlik məhrum olacağından narahatdır.

“Mən bunun baş verməsini istəmirəm. Onlar yaşamağa layiqdirlər, çünki çox sayda insanın həyatlarını xilas ediblər” – deyib Dinara Yunus.

Məhkəmə Yunusların səhhəti ilə bağlı onların həbsxana cəzasının ev dustaqlığı ilə əvəz olunması barədə vəkillərin müraciətlərini dəfələrlə rədd edib.

Azərbaycan rəsmilərinə qarşı sanksiyalara çağırış

Yunusların, habelə hazırda Azərbaycan həbsxanalarında olan onlarca siyasi fəal, jurnalist və insan haqları müdafiəçisinin azad edilməsinə beynəlxalq çağırışlar rəsmi Bakı tərəfindən qulaqardına vurulur.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich deyib ki, ABŞ-ın strateji partnyoru sayılan Azərbaycan onun demokratik dəyərlərini bölüşməlidir.

Azərbaycan hökuməti sözü gedən şəxslərin siyasi motivlərlə məhkum edildiklərini inkar edir.

Vaşiqntonda keçirilən brifinqdə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich deyib ki, ABŞ-ın strateji partnyoru sayılan Azərbaycan onun demokratik dəyərlərini bölüşməlidir.

Keçmiş səfir Yunusları hələ Bakıdan tanıdığını yada salaraq deyib ki, bu insanlar haqsız cəza çəkən “yaxşı adamlardır”.

Kauzlarich deyib ki, “bu kimi işlər üçün məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə qarşı ən azı maliyyə və səfər sanksiyaları tətbiq edilməlidir”.