Zakharchenko yad edilib

 Aleksandr Zakharchenko

Sentyabrın 2-də minlərlə adam Ukraynın şərqində separatçı Donetsk vilayətində, qətlə yetirilmiş Aleksandr Zakharchenko -nu yad ediblər.

Frans-Press agentliyi anım mərasiminə 30 mindən çox adamın qatıldığını yazır.

Separatçıların lideri Aleksandr Zakharchenko avqustun 31-də, Donetsk şəhərindəki Separ (Separatist) adlı kafedə baş vermiş partlayışda öldürülüb.

Kiyev və Moskva bu ölümə görə bir-birini günahlandırıblar.