Azərbaycan müdafiə naziri Zakir Həsənov martın 28-də Türkiyə paytaxtı Ankaraya gedəcək.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, səfər Türkiyə Milli Müdafiə naziri cənab Nurəddin Caniklinin dəvəti ilə gerçəkləşəcək.
Rəsmi səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və başqa dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
Martın 31-də isə Azərbaycan müdafiə nazirinin Türkiyənin Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.
Buna da bax: Ermənistanın Azərbaycanla sərhəddindəki kəndlərindən görüntülər
Sizin brauzer HTML5-i dəstəkləmir