Noyabrın 9-da Azərbaycan Müdafiə naziri Zakir Həsənov Rusiya paytaxtı Moskvaya gedib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, o, Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək. İclas noyabrın 10-da keçiriləcək. Orada qurum daxilində əməkdaşlıq məsələləri müzakirə edilməlidir.
MDB 1991-ci ildə SSRİ-nin süqutu ilə yaradılıb. Bu quruma keçmiş SSRİ respublikalarından Baltikyanı ölkələr və Gürcüstandan başqa qalanları daxildir.