Azərbaycan Müdafiə naziri Zakir Həsənov Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın dəvəti ilə İstanbul şəhərində keçiriləcək "İDEF – 2021" Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün bu ölkəyə yola düşüb.
Müdafiə Nazirliyindən avqustun 16-da verilən məlumata görə, müdafiə naziri sərgidə nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.
Səfər çərçivəsində müdafiə nazirinin bir sıra görüşlərinin də planlaşdırıldığı bildirilir.
Sərgi 17-20 avqust tarixlərində gerçəkləşdirilməlidir.
Bu sərgiyə Türkiyə ilə yanaşı, 53 ölkədən müxtəlif şirkətlər qatılmalıdır. Həmçinin, "IDEF-2021"də 79 ölkədən 154 rəsminin iştirakı gözlənilir.
Sərginin COVID-19 pandemiyası ilə bağlı bütün məhdudiyyətlərə uyğun təşkil olunacağı, zəruri tədbirlərin görüləcəyi xüsusi vurğulanıb.