İcra hakimiyyəti: '140-a qədər həyətyanı sahəni su basıb'

Zaqatala rayonu

“Mayin 11-i axşamdan başlayan leysan yağışları Zaqatala rayonunun əsasən Böyük Tala, Yolayrıcı və Maqov kəndlərinə ziyan vurub”.

Bunu Zaqatala rayon İcra Hakimiyyətinin (İH) əməkdaşı Sərxan Maqsudov bildirib.

Buna da bax: Zaqatalada 200 evin həyətini su basıb

Onun sözlərinə görə, adı çəkilən kəndlərdə 140-a qədər həyətyanı sahəni su basıb, elektirk enerjisi, içməli su verilməsində fasilələr yaranıb.

“Amma bu gün, mayın 12-nə elektirk və su verilməsi də bərpa edilib”, deyə o vurğulayıb.

S.Maqsudovqeyd edib ki, dəyən ziyan, hələlik, ümumilikdə hesablanmayıb:

“Amma yəqin ki, mayın 12-də araşdırmalar nəticəsində dəyən ziyanın ilkin həcmi müəyyən edilər”.

S.Maqsudov vurğulayıb ki, seldə insan itkisi olmayıb.