Zaqatalada zəlzələ olub

arxiv foto

Dekabrın 1-də saat 14:06 radələrində Zaqatalada zəlzələ baş verib. Məlumatı Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzi yayıb.

3,9 maqnitudalı zəlzələnin Zaqatala stansiyasından 8 kilometr qərbdə qeydə alındığı bildirilir. Zəlzələ rayonun mərkəzində 4, yaxın rayonlarda isə 3 bala qədər hiss olunub.

Dəyən ziyan və tələfat haqda məlumat yoxdur.