BMW işçilərini qorumaq üçün zavodlarını bağlayır

Dünya üzrə iqtisadiyyat pisləşir, zavodlar bağlanır.

BMW-nun rəhbəri Oliver Zipse bildirib ki, Avropadakı və Cənubi Afrikadakı zavodlarını aprelin 19-a qədər bağlayır və istehsalı məhdudlaşdırır.

Zipse deyib ki, məqsəd öz işçilərini koronavirusdan qorumaqdır.

Zipse 2008-2009-cu illərdə qlobal iqtisadi böhranı yada salır və deyir ki, onlar hətta ən çətin vəziyyətlərdə belə özgüvəni itirməyiblər.

Qlobal maliyyə bazarları da təlatümlüdür. Avropa indeksləri 3 faiz düşüb.

İnvestorlar ABŞ-da iqtisadi tənəzzül proqnozlaşdırırlar.