Zelenskinin partiyası təkbaşına hökumət qura biləcək

Ukrayna prezidenti Volodymyr Zelenskiy tərəfdarları arasında

Ukraynada keçirilən parlament seçkisində prezident Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası böyük fərqlə qalib gəlib.

AzadlıqRadiosunun Ukrayna Mərkəzi Seçki Komissiyası-na istinadla verdiyi son məlumata görə, partiya 199 təkmandatlı dairədən 129-da qalib gəlib.

O partiya siyahısında da 43 faiz səs toplayıb ki, bu parlamentdə 122 yer deməkdir.

Bu göstərici sayılmış bülletenlərin təxminən 90 faizini əhatə edir.

İkinci yerdə isə Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını istəyən, “Müxalifət platforması” partiyası isə parlamentdə 45 yer qazanıb.

Bundan sonra 9 faiz səslə keçmiş prezident Petro Poroshenkonun “Avropa həmrəyliyi” partiyası, 8 faiz səslə keçmiş baş nazir Yuliya Timoşenkonun “Batkivşina” partiyası, 6 faiz səslə isə rok-ulduzu Svyatoslav Vakarchukun “Səs” partiyası gəlir.

Ukraynanın tarixində ilk dəfədir ki, bir partiya təkbaşına hökumət qura biləcək.