Ukrayna prezidenti Volodymyr Zelenskiy Parisdə prezident Emmanuel Macron-la görüşündə ölkənin Avropa dəstəkçilərini Ukraynanın şərqindəki münaqişəyə son qoyulması məqsədilə Rusiya üzərinə “təzyiqləri” davam etdirməyə çağırıb.
İyunun 17-də Macron-la birlikdə keçirdiyi mətbuat konfransında Zelensliy deyib ki, “sülhə yeganə açar diplomatik və sanksiya təzyiqləridir və mən bu yolu davam etdirməyə çağırıram”.
Zelenskiy deyib ki, “Rusiya qanunun aliliyinin mövcudluğunu görməməzliyə vurduqca Avropa özünü təhlükəsiz hiss edə bilməz”.
Macron Zelenskiy-nin müharibəyə son qoymaq arzusunu təqdir edib və deyib:
“Sizin öz vətəniniz üçün çoxlu ambisiyalarınız və həm də çoxlu cəsarətiniz var”.
Buna da bax: Zelenskiy Ukraynanın NATO üzvlüyünə dair referendum keçirəcəyini vəd edirFransa prezidenti habelə Normand formatı adlanan çərçivədə münaqişənin çözümünə dair danışıqları canlandırmağı vəd edib.
O bildirib ki, Parisdə Normand dördlüyünün sammitinin keçirilməsi planlaşdırılır.
Şərqi Ukraynadakı münaqişənin çözümü üçün yaradılmış Normand dördlüyü adlanan qrupa Fransa, Almaniya, Ukrayna və Rusiya daxildir.
Buna baxmayaraq bu qrupun əldə etdiyi Minsk sazişi icra edilməmiş qalır və iki dəfə elan edilmiş atəşkəsin heç biri davamlı olmayıb.
Zelenskiy iyunun 18-də Berlində Almaniya prezidenti Frank-Walter Steinmeier-lə görüşməlidir.
Bu ayın əvvəllərində Zelenskiy Ukraynanın yeni prezidenti kimi Avropa İttifaqının və NATO-nun Brüsseldəki qərargahlarına səfər edib.
Bu səfərlər zamanı o Ukraynanın Avro-Atlantik inteqrasiyaya sadiqliyini bir daha təsdiqləyib.