Dəhlizin planı hazırlanır

Sizin brauzer HTML5-i dəstəkləmir

Naxçıvana dəhliz - Moskva Yerevana necə təzyiq edə bilər

"Naxçıvan Muxtar Respublikasına çıxışa imkan verən "Zəngəzur" nəqliyyat dəhlizinin (Ermənistanın Sünik rayonundan keçəcək) Azərbaycan tərəfindəki Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd hissəsinin layihəsi hazırlanır və paralel olaraq tikintisi aparılır".

APA-nın məlumatına görə, bu barədə avqustun 6-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov brifinqdə bildirib. Onun sözlərinə görə, avtomobil yolunun 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Sözügedən yolun uzunluğu 123.8 km, yol 4-6 hərəkət zolağından ibarət olmalıdır.

Amma Ermənistan tərəfdə, hələlik, bu deyilən dəhlizlə bağlı işlərin görülməsinə dair hər hansı məlumat yoxdur.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Bu il yanvarın 11-də tərəflər arasında imzalanan növbəti bəyanatda isə regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsi nəzərdə tutulub.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.