Zimbabve prezidenti Azərbaycana gəlib

Emmerson Mnangagwa

Zimbabve prezidenti Emmerson Mnangagwa yanvarın 18-də Azərbaycana gəlib.

AZƏRTAC-ın xəbərinə görə, onu hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.

Zimbabve prezidentinin Azərbaycanda bir sıra rəsmi görüşlər keçirəcəyi və iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənir.