Çin ‘yeni dünya’ yaradır

Çində tədbir

“Çinin uğuru partiyaya əsaslanır”, – Mao Zedonqdan sonra ölkənin ən güclü liderinə çevrilmiş Cinpinq vurğulayıb

İyulun 1-də Çin Kommunist Partiyasının 100 illiyi təntənəli şəkildə qeyd olunur. Prezident Si Cinpinq Tiananmen meydanında minlərlə tərəfdaşı qarşısında çıxışında partiyanın Çinə iqtisadi rifah və qlobal status gətirməsindəki rolunu vurğulayıb.

“Çin xalqı təkcə köhnə dünyanı dağıtmağı bacarmayıb, həm də yeni dünya yaradıb”, – Si deyib.

“Çinin uğuru partiyaya əsaslanır”,Mao Zedonqdan sonra ölkənin ən güclü liderinə çevrilmiş Cinpinq vurğulayıb.

O, bir saatlıq çıxışında güclü ordu qurmaq vədi verib, Tayvanla “yenidən birləşməyə” çağırıb, Honq Konq və Makaunun muxtariyyətini vurğulayıb.

Kommunist Partiyasının yüzilliyi Qərbin Çinə getdikcə daha çox siyasi, iqtisadi və hərbi rəqib kimi gördüyü dönəmə düşür.

“Çinlilər güclü qürur və özünəinam hissi olan xalqdır. Biz heç vaxt başqa ölkənin əhalisini qorxutmamış, əzməmiş, kölə etməmişik, nə keçmişdə, nə indi, nə gələcəkdə”, – Si deyib.

Beynəlxalq ictimaiyyəti Çini azı bir milyon etnik müsəlman azlığı Sintzyan vilayətində xüsusi düşərgələrdə saxlamaqda ittiham edir. Çin isə iddiaları rədd edir.