Yenə ölüm faktı qeydə alınmayıb

Koronavirus, ilustrasiya

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 55 yeni yoluxma faktı qeydə alınıb, 67 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan koronavirusa yoluxanlar arasında ölüm faktının qeydə alınmadığı bildirilir.

Rəsmi məlumata görə, indiyədək ölkədə ümumilikdə 335796 nəfərin koronavirus infeksiyasına yoluxub, onlardan 330026 nəfər müalicə olunaraq sağalıb, 4967 nəfər vəfat edib, aktiv xəstə sayı 803 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8720, ötən müddət ərzində isə ümumilikdə 3722499 test aparıldığı deyilir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.