Yakutiyada polis Putini Kremldən qovmaq istəyən şaman Aleksandr Gabyshev-i yenidən saxlayıb.
O az əvvəl Putini qovmaq missiyasını bərpa etdiyini bildirmişdi.
Açıq Rusiya müxalifət təşkilatının əlaqələndiricisi Aleksei Pryanishnikov Novaya gazeta qəzetinə deyib ki, polis Gabyshev-i dekabrın 10-da Yakutiya şosse yollunda saxlayıb.
Buna da bax: Yakutiyalı şaman yenidən Moskvaya gedir, məqsəd Putini qovmaqdır
Saxlanmanın rəsmi səbəbi barədə məlumat verilməyib.
Pryanishnikov bundan əvvəl AzadlıqRadiosuna demişdi ki, Gabyshev polis məntəqəsinə çağırılıb. Çağırış onun bacısı Yekaterina Gabysheva-ya çatdırılmışdı.
Gabysheva çağırışı qəbul etməkdən imtina etmiş və polisə bildirmişdi ki, sənəd onun qardaşına çatdırılmalıdır, o isə “Moskvaya gedən yollardadır”.
Pryanishnikov deyib ki, polis çağırışı Gabyshev-in tərəfdarlarından Yevgeny Rostokinə vermək istəyib, lakin o da sənədi qəbul etməyib.