Əfv Komissiyasının iclası keçirilib 

Bugün, fevralın16-da Azərbaycan prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Bu barədə “Turan” İnformasiya Agentliyinə Komissiyadan məlumat verilib.

Məlumata görə, iclas video formatında keçirilib və komissiyaya daxil olan müraciətlərə baxılıb.

Komissiyadan əlavə olunub ki, növbəti iclasların keçirilməsi də gözlənilir.

Bu komissiyanın sonuncu iclası ötən il gerçəkləşmişdi.

Buna da bax: Məhbus yaxınları ABŞ səfirliyinə üz tutdular

Xatırlatma

Azərbaycanda sonuncu əfv sərəncamı ötən ilin aprel ayında imzalanıb.

Həmin əfv sərəncamı dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşı 65-dən yuxarı olan və risq qrupunda sayılan məhkumlara şamil olunmuşdu.

Həmin əfv sərəncamı ilə 176 nəfər azadlığa buraxılıb.

Bir sıra yerli hüquq müdafiəçilərinin bildirməsinə görə, Azərbaycanda 150-yə yaxın siyasi məhbus var.

Amma rəsmilər isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

Rəsmilər deyirlər ki, siyasi məhbus sayılan şəxslər sırf törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.