Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də rusiyalı həmkarı Vladimir Putinə telefonla zəng edib.
Məlumatı prezidentin mətbuat xidməti yayıb.
Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarının həyata keçirilməsinin praktiki aspektlərinin nəzərdən keçirildiyi deyilir.
Həmçinin Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası üzrə üçtərəfli formatda işin fəallaşdırılmasına xüsusi diqqət yetirilib.
“İkitərəfli gündəliyin cari məsələlərinin müzakirəsi gedişində İlham Əliyev və Vladimir Putin Azərbaycan-Rusiya strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsi əzmində olduqlarını qarşılıqlı surətdə təsdiq ediblər” – məlumatda qeyd olunur.
Dövlət başçılarının müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəldikləri bildirilir.