Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:16

Uyğur türkü zülmlə üz-üzə qaldıqlarını deyir


S. Tümtürk: Uyğurların vəkil tutma hüququ yoxdur
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

S. Tümtürk: Uyğurların vəkil tutma hüququ yoxdur

.

"Uyğur Türklərinə oruc tutmaq, ibadət etmək yasaqlanıb. Onların işlətdikləri kafe-restoranlarda 6 növ içki satışı məcburi edilib."

Bunu AzadlıqRadiosuna Dünya Uyğur Qurultayının başqan yardımçısı Seyit Tümtürk deyir. O, fikrini əsaslandırmaq üçün iyunun 22-də müsəlman uyğurlar yaşayan Qaşqar əyalətində pivə festivalı keçirilməsini missal çəkir:

Gözlə

No media source currently available

0:00 0:00:44 0:00
Direct-ə keçid

“İnsanların oruclu vaxtında küçədə içki festivalı keçirldi, qarşıdurmada 28 uyğur öldü. Çin polisi nümayişə qatılanlara atəş açdı. Onlara vur əmri verilib.”

Röyters agentliyi də bildirir ki, Ramazan ayında müsəlmanların yaşadığı ərazidə pivə festivalı keçirlib.

Seyit Tümtürk uyğurlara Çinin kommunist hakimiyyətinin böyük zülm siyasəti tətbiq etdiyini deyir:

Gözlə

No media source currently available

0:00 0:02:54 0:00
Direct-ə keçid

“Özəlliklə bu ərazidə ibadətləri, namaz qılmağı, baş ötrüsü, saqqal saxlama kimi yasaqlarla Çin kommunist yənətimi dinsizləşdirmə siyasəti tətbiq edir. Atesit yönətim uyğur türklərini asimlasiya etməyə, həmçinin onları radikal terrorçular kimi təqdim etməyə çalışır.

Uyğur lider Rabia Kadir və onun müavini Seyit Tümtürk.
Uyğur lider Rabia Kadir və onun müavini Seyit Tümtürk.

Uyğur türkləri ilə Çin Komunist partiyası arasında qarşıdurma ilk hal deyil. Çinin Sincan əyaləti son 3 ildə Ramazan ayı zamanı daha həsas bir əraziyə çevrilir.

Təkcə son 3 ildə burda 100-lərlə adam həyatını itirib, həbs edilənlər olub.

Seyit Tümtürk saxlananlara həbsxanada da işgəncə verildiyini deyir:

Gözlə

No media source currently available

0:00 0:00:44 0:00
Direct-ə keçid

“Uyğur türkləri həbs edilən zaman onların ailə üzvləri ilə görüşmə şansı yoxdur. Onlara işgəncə verilməsi, ac qalıb-qalmamalrını heç kim bilmir. Vəkil tutmaq hüquqları yoxdur. Hakim sifarişlə gələn caznı kəsir. Həbsdən çıxanların da 1-2 ay ərzində ölməsi məlumatları gəlir.”

Çin Kommunist Partiyasının uğur türklərinə qarşı repressiyaları barədə 60 ildir məlumatlar yayılır. Uzun illərdir ki, Sincan əyalətindəki uyğurlara qarşı etnik ayrıseçkilik edildiyi deyilir. Son bir həftədə 170-dən çox uyğur türkü zülmdən qaçaraq Türkiyəyə sığınması haqda məlumatlar var.

Dünya Uygur Türkləri Konqresinin baqan köməkçisi deyir ki, uyğurlara olan etnik ayrıseçkiliyin səbəbləri müxtəlifdir:

Gözlə

No media source currently available

0:00 0:00:48 0:00
Direct-ə keçid

“İlk olaraq Çin Doğu Türkistanı işğal edib, ərazini tamamən çinliləşdirmək istəyir. Həm çinli, həm digər etnik kökənli insanlardan olan müxalifəti susdurmaq, öz iqtidarını sürdürə bilmək üçün Doğu Türkistandakı mübarizləri radikal teroristlər kimi təqdim edir, öz əməllərinə haqq qazandırırlar.”

Çin Xarici İşlər Nazirliyi bir neçə gün əvvəl mətbuata açıqlama verib. Sözcü Hua Çunying bildirib ki, uyğurlar rahat və xoşbəxt şəkildə yaşamlarını davam edir. Onlar qanunlar şərçivəsində ibadət haqqı və azadlıqlarından yararlanır. Sözcü deyib ki, Sincanda hər hansı etnik problem yaşanmır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG