Noyabrın 19-da maliyyə naziri Samir Şərifov Milli Məclisdə deyib ki, Azərbaycanda vətəndaşlara yazılan cərimələr bəzən dövlət büdcəsinə daxil olmur.
"Bir qəpikdən də keçmirdilər".
Mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun 400 min manata yaxın yeyinti ilə bağlı məhkəməyə çağrılıb dindirilməsi tələb olunur. Noyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə vəsatət qaldırılıb.
Nəsimi rayon Polis İdarəsinin baş müstəntiqi İlqar Həşimov dələduzluqda təqsirləndirilərək həbs edilib.
Müdafiə Nazirliyi və tabe qurumlarda 143 milyon manatlıq yeyinti ilə bağlı cinayət işi üzrə həbsdə olanlardan biri - Quru Qoşunları Maliyyə İdarəsinin sabiq rəisi, polkovnik Bayram Bayramov tələb irəli sürmüşdü.
Daxili İşlər Nazirliyi (DİN) Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırım icra başçısı təyin etdirmək adıyla dələduzluqda suçlanır.
"Geniş maliyyə imkanı olanı müdafiə edib...".
Oktyabrın 21-22-si Bakıda yağış bir sıra problemlərlə yanaşı, insan faciəsinə də yol açdı. Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə iki şəxs həyatını itirdi. Halbuki Bakıda seldən ölüm halları yaxın tarixdə baş verməmişdi.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azad Həmkarlar İttifaqının keçmiş sədr müavini, kimyaçı alim Raya Nəcəfovanın həbsi tələb olunur.
Bakı-Sumqayıt yolunda - Binəqədi rayonunda yerləşən "EuroHome" tikinti materialları bazarındakı yanğından 5 ilə yaxın vaxt ötsə də, hadisə vaxtı yüz minlərcə manat ziyana düşən sahibkarlar hələ də pulunu ala bilməyiblər.
Zərdab və Mingəçevirin 14 il boyunca icra başçısı olmuş Lütvəli Babayevin oğlu Babəli Babazadə vergidən 1 milyon manat yayınmaqda suçlanır, hətta buna görə ölkədən qaçdığı iddia edilir.
Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, Hərbi Təhsil və Tədris İdarəsinin baş zabiti olmuş, "Nəcməddin Sadıkovun yaxın adamı" kimi tanınan Zahid Niftəliyev yenidən hakim önünə çıxarılıb.
Davamı