Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 08:42
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

18:52 22.10.2020

7 kəndin də işğaldan azad edildiyi bildirilir

Azərbaycan ordusunun Füzuli rayonunun 3, Cəbrayıl rayonunun isə 4 kəndini işğaldan azad etdiyi açıqlanıb.

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev özünün rəsmi Twitter səhifəsində bildirib:

“Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir…”

16:24 22.10.2020
Dağılmış evində piano çalan gəncəli: 'Dərdlərimi unuduram'
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

12:32 22.10.2020

Qəbələ sakininin yaralandığı bildirilir

Ermənistan ordusunun Qəbələyə raket atması nəticəsində 1 mülki şəxsin yaralandığı, 5 evə ciddi ziyan dəydiyi bildirilir.

Bu barədə oktyabrın 22-də Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, oktyabrın 22-si, səhər saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri cəbhə zonasından 150 km-dən artıq uzaqlıqda yerləşən Azərbaycanın Qəbələ, Kürdəmir və Siyəzən rayonlarına "Skad" ballistik taktiki raketlər atıb: "Raket zərbələri nəticəsində Qəbələ rayon sakini, 2003-cü il təvəllüdlü Əmirbəyov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, kənd ərazisində yerləşən 5 yaşayış evinə ciddi ziyan dəyib".

Həmçinin, Abşeron yarımadasını içməli su ilə təchiz edən Oğuz-Qəbələ-Bakı su kəmərinin də hədəfə alındığı vurğulanır: "Lakin ordumuzun hava hücumundan müdafiə qüvvələrinin zərərsizləşdirilməsi nəticəsində raketin hissələri su kəmərinin yaxınlığına düşüb".

10:17 22.10.2020
Pashinyan deyir ki, artıq danışıqların mənası yoxdur
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00

Davamı

XS
SM
MD
LG