13 kəndin işğaldan azad olunduğu bildirilir
Azərbaycan ordusunun bu gün, oktyabrın 23-də Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilan rayonunun bəzi kəndlərini də işğaldan azad etdiyi bildirilir.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi Twitter səhifəsində qeyd edib.
"Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir...", - o qeyd edib.
Dövlət başçısı başqa bir paylaşımında da vurğulayıb ki, Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun isə Vənədli və Mirzəhəsənli kəndləri də işğaldan azad edilib.
XİN sözçüsü: ""Human Rights Watch" istəsəydi,..."
"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini məqsədyönlü şəkildə atəşə tutması, Gəncəyə raketlərin atılması nəticəsində əhali arasında ciddi itkilərin olması ilə bağlı faktlar, dəlillər toplanıb, hazırlanıb və müvafiq beynəlxalq təşkilatların diqqətinə çatdırılıb".
Bunu Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Human Rights Watch" təşkilatının hesabatı ilə bağlı bildirib.
Beynəlxalq hüquq müdafiə təşkilatı "Human Rights Watch" oktyabrın 23-də hesabat dərc edib. Həmin hesabatda Azərbaycanın Dağlıq Qarabağda yaşayış məskənlərinə qadağan olunmuş kasetli bomba atması ilə bağlı fikirlər yer alıb. Kasetli bombalar qadağan olunub.
Qurum bildirib ki, Azərbaycan hökumətinə yerində araşdırma aparmaq üçün dəfələrlə müraciət etsələr də, onlara, hələlik, müsbət cavab verilməyib.
L.Abdullayeva AzadlıqRadiosunun "niyə "Human Rights Watch"un ölkəyə nümayəndələrini yollamasına müsbət cavab verilmir" sualına isə belə cavab verib: "İstər şəhərlərin, istərsə də mülki əhalinin hədəfə alınması ilə bağlı faktlar, dəlillər ətraflı şəkildə toplanıb və müvafiq beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. Bütün bu faktlar bəllidir, beynəlxalq jurnalistlər tərəfindən də qeydə alınıb. "Human Rights Watch" istəsəydi, həmin o beynəlxalq təşkilatların, beynəlxalq media nümayəndələrinin hesabatlarına, məlumatlarına istinad edə bilərdi".
Azərbaycana kasetli bomba ittihamı
"Human Rights Watch" (HRW) insan haqları təşkilatı Azərbaycanı Dağlıq Qarabağda yaşayış məskənlərinə qadağan olunmuş kasetli bomba atmaqda ittiham edir. Qurum oktyabrın 23-də yaydığı bəyanatda dörd belə insidenti yerində sənədləşdirdiyini bildirir.
Kasetli bombalar geniş əraziyə təsir göstərdiyinə, eləcə də partlamayan kiçik bombalar yaydığına görə qadağan olunub.
İndiyədək həm Azərbaycan, həm də Ermənistan kasetli bombalardan istifadə etdiyini danır, qarşı tərəfi bunda günahlandırır.
HRW Azərbaycanın Ermənistanla bağlı iddialarını yoxlamadığı, ancaq müşahidəçilərinin Xankəndində bu cür bombaların qalıqlarını təftiş etdiyini açıqlayıb.
Qurum bildirib ki, Azərbaycan hökumətinə yerində araşdırma aparmaq üçün dəfələrlə müraciət etsələr də, onlara, hələlik, müsbət cavab verilməyib.
Leyla Abdullayeva AzadlıqRadiosunun "niyə "Human Rights Watch"un ölkəyə nümayəndələrini yollamasına müsbət cavab verilmir" sualına isə belə cavab verib:
"İstər şəhərlərin, istərsə də mülki əhalinin hədəfə alınması ilə bağlı faktlar, dəlillər ətraflı şəkildə toplanıb və müvafiq beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. Bütün bu faktlar bəllidir, beynəlxalq jurnalistlər tərəfindən də qeydə alınıb. "Human Rights Watch" istəsəydi, həmin o beynəlxalq təşkilatların, beynəlxalq media nümayəndələrinin hesabatlarına, məlumatlarına istinad edə bilərdi".