Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:56
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

09:51 26.10.2020

MN qeyd edir ki, oktyabrın 26-da saat 08:05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Azərbaycan Ordusunun bu rayonun ərazisindəki bölmələrini artilleriya atəşinə tutub.

09:50 26.10.2020

"Ermənistan yeni atəşkəs rejimini pozdu"

AMN bildirir ki, oktyabrın 26-da saat 08:00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.

09:49 26.10.2020

"Azərbaycan atəşkəs rejiminə tam riayət edir"

Azərbaycan ordusu yeni humanitar atəşkəsə tam riayət etdiyini bildirir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 26-sı, saat 8:00 radələrində məlumat yayıb.

"Azərbaycan Ordusunun bölmələri 26 oktyabr saat 08.00-dan qüvvəyə minmiş humanitar atəşkəs rejiminə bütün cəbhə boyu tam riayət edir", - açıqlamada yazılıb.

00:20 26.10.2020

Daha bir 'humanitar atəşkəs' elan olundu

ABŞ Dövlət Departamentinin rəsmi saytında dərc edilmiş məlumatda deyilir ki, Birləşmiş Ştatlar, Ermənistan və Azərbaycan hökumətləri oktyabrın 25-də birgə bəyanat veriblər:

“Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 24-də ABŞ dövlət katibinin müavini Stephen E. Biegun-la görüşmüş və ölkələrinin oktyabrın 10-da Moskvada razılaşdırılmış humanitar atəşkəsin icrasına və ona riayət edilməsinə bağlı olduqlarını təsdiqləmişlər”.

Məlumatda bu da xatırladılır ki, oktyabrın 1-də ABŞ, Fransa və Rusiya prezidentləri bu niyyətlə birgə bəyanat vermişdilər.

Məlumatda qeyd olunur ki, humanitar atəşkəs oktyabrın 26-da yerli vaxtla səhər saat 8-dən qüvvədə olacaq.

Oktyabrın 29-da bir daha görüşəcəklər

ABŞ Dövlət Departamentinin saytında ATƏT-in Minsk qrupu həmsədrlərinin də birgə bəyanatı dərc edilib.

İqor Popov (Rusiya), Stephane Visconti (Fransa) və Andrew Schofer (ABŞ) oktyabrın 24-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüblər.

Məlumatda deyilir ki, həmsədrlər “intensiv danıqşıqlarda” tərəfləri 10 oktyabr razılaşmasına uyğun olaraq humanitar atəşkəsin dərhal tətbiqinə çağırıblar.

Bu da bildirilir ki, həmsədrlər və nazirlər “atəşkəsin parametrlərinin müəyyənləşdirilməsi və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün lazım olan addımların müzakirəsi üçün” oktyabrın 29-da Cenevrədə görüşəcəklər.

Davamı

XS
SM
MD
LG