Prezident: "Bizə qarşı kənardan aqressiya olarsa,…"
Prezident müraciətində qeyd edib ki, "Türkiyənin F-16-ları nə gəzir sizdə" kimi sualla üzləşirlər: "Mən cavab verməkdən yorulmuşam. Gedin açın, peykiniz var, görmürsünüz nə gəzir? Gedin baxın F-16 neyləyir, havadadır, yerdədir?".
Dövlət başçısı deyib ki, hər kəs bilir ki, təyyarələr yerdədir: "Özü də təlimlər üçün gəlib və müharibə başlayanda qalıbdır. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan təcavüz olarsa, o F-16-ları görəcəklər onlar...".
Prezident İlham Əliyev xalqa müraciətində dünən, oktyabrın 25-də bir sıra yerlərin işğaldan azad edildiyini vurğulayıb:
Zəngilan rayonu: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd və Yenikənd
Cəbrayıl rayonu: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər.
Qubadlı rayonu: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri.
MN: Ağcabədi rayonu atəşə tutulub
Ağcabədi rayonunun da atəşə tutulduğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 26-sı saat 11.20-də yeni humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini artilleriya qurğularından atəşə tutub.