Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:36

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasına seçilmədi


İnsan Haqları Şurası BMT-nin insan haqlarına dair siyasi qurumudur
İnsan Haqları Şurası BMT-nin insan haqlarına dair siyasi qurumudur
Mayın 12-də BMT-nin Baş Assambleyasının İnsan Hüquqları Şurasına 18 yeni üzv seçilib. Yeni üzvlər 3 illik müddətə seçilib və iyun ayından fəaliyyətə başlayacaqlar. Şərqi Avropa dövlətləri qrupundan öz namizədliyini Azərbaycan da irəli sürsə də, kifayət qədər səs toplaya bilməyib.

BMT-nin rəsmi saytında yerləşdirilən məlumata görə Rusiyanın namizədliyinə 146 ölkə, Macarıstanın lehinə 131, Azərbaycana isə 84 ölkə səs verib. Beləliklə Rusiya yenidən Şuranın üzvü seçilib.

İlk dəfə olaraq ABŞ-da bu Şuraya seçilib. Ona BMT-nin 167 üzv dövləti səs verib. Qərbi Avropa və digər dövlətlər qrupundan 3 namizəd irəli sürülmüşdü. Norveç, Belçika və ABŞ. Hər 3 ölkə də İnsan Hüquqları Şurasına seçilib.

Asiya ölkələri qrupundan Şuraya ilk dəfə Qırğızıstan da seçilib. Bu qrupda da həmçinin rəqabət olmayıb. Beş yer uğrunda - 5 namizəd.

İnsan Hüquqları Şurası BMT-nin insan haqlarına dair siyasi qurumudur. Ora BMT üzvü olan 47 dövlət seçilir. Həmin dövlətlər insan haqlarının vəziyyətini ən yüksək səviyyədə saxlamalı və bu dəyərlərin yayılmasına çalışmalıdır. Əgər üzv dövlətlərin kütləvi və mütəmadi insan haqlarını pozduğu müəyyənləşərsə, onların üzvlüyü Baş Assambleya üzvlərinin 2/3-i səsi ilə dayandırıla bilər.

«Freedom House», eləcə də başqa demokratiya və insan haqları təşkilatları Azərbaycanın BMT-nin İnsan Hüquqları Şurasına üzvlüyünü müdafiə etməyib.
XS
SM
MD
LG