Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:08

«WikiLeaks»in sənədlərində Azərbaycanın da adı var


WikiLeaks təşkilatının dünyanın aparıcı media qurumalrına sızdırdığı məlumatlar dərc olunmağa başlayıb. Bazar günü axşam yayılan və əsasən ABŞ Dövlət departamentinə məxsus diplomatik yazışmalardan ibarət olan bu sənədlər gözlənildiyi kimi sensasiyalar ilə zəngindir.

DÜNYA MƏTBUATININ DİQQƏTİNİ CƏLB EDƏN ƏSAS MƏLUMATLAR

Dünya mətbuatının diqqətini cəlb edən əsasən aşağıdakı məlumatlar olub:

- ABŞ öz əməkdaşlarına BMT baş katibi də daxil olmaqla müxtəlif ölkələrin təmçilçiləri haqda biometrik məlumatlar – yəni barmaq izləri, DNT göstəriciləri, şəxsi telefonlar və elektron poçt ünvanları, etnik və dini mənsubiyyət haqda məlumatlar toplamaq haqda göstəriş verib. Amerika diplomatıarına BMT Təhlükəsizlik Şurasına daxil olan və veto hüquna malik dövlətlərin – Çin, Rusiya, Fransa və Böyük Britaniya diplomatları haqda məlumatların toplanılması haqda tapşırıq verilib.

- Səudiyyə Ərəbsitanının kralı ABŞ nümayəndələri ilə söhbətlərində İranın nüvə proqramını dayandırmaq üçün ABŞ-ı bu ölkəyə hüçum etməyə təhrik edib.

- İran Şimali Koreyadan 3200 km-lik məsafəni qət edə bilən raketlər alıb.

- İsrail təkbaşına İrana hücum edərək, onun nüvə proqramlarının qarşısını almaq niyyətində olduğunu bildirib.

Bundan başqa məxvi sənədlərdə İtaliya, Rusiya, Fransa, İran və sair ölkələrin rəhbərləri haqda qapalı söhbətlər zamanı səslənən fikirlər dünya mediasının diqqətini cəlb edir.

ERMƏNİSTAN VƏ AZƏRBAYCAN HAQDA DA MƏLUMATLAR VAR

Məlumatlardan birində Ermənistanın İranla silah sövdələşməsindən söhbət gedir. Yazılır ki, İranın raket və avtomat silahlar alınmasında Ermənistan vasitəçilik edib.

“The Gardian”ın açıqladığı yazışmada İlham Əliyevin adı da hallanır. Məsələn, Rusiya rəhbərliyindəki vəziyyət və Putin-Medvedyev tandemi haqda Azərbaycan prezidentinin zarafatla “İki qoçun başı bir qazanda qaynamaz” ifadəsi özünə yer alıb.

Bundan başqa məxfi yazışmaya əsasən, İlham Əliyev Amerikanı Ermənistana təsir edərək sülh danışıqlarında güzəşt əldə edilməsində köməklik göstərməyə çağırıb.

İRANDAN NARAHATLIQ

2006-cı il dekabrın 20-də göndərdiyi məktubda ABŞ-ın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Jason Hyland (Ceyson Haylənd) Azərbaycan hökumətinin İranla bağlı narahatlıqlarını çatdırıb.

Məktubda bildirilir ki, Azərbaycan hökuməti Birləşmiş Ştatların İran siyasətindən narazılığını bildirib. İlham Əliyev səfirlə söhbətində deyib ki, İran güclü və stabil dövlətə çevrilir. Əliyevin sözlərinə görə, İran prezidenti Əhmədinejad nüvə məsələsində körpülərin yandırıldığını deyib və Azərbaycan prezidentini xəbərdar edib ki, hardan vurulsa, oranı vuracaq. İlham Əliyev və Elmar Məmmədyarov ABŞ səfiri ilə görüşlərində İrandan hər cür təxribat gözlədiklərini deyiblər.

***

2009-cu il martın 6-da isə [səfir] Dersin (DERSE) imzası ilə MƏXFİ qrifi altında göndərilən məlumatda Azərbaycanda İranın çirkli pullarını yuyan biznesmenlər və onlara bunda kömək edən Azərbaycan strukturları barədə məlumat verilir.

Məlumatda Bank Melli İranla yanaşı Bank of Baku, Royal Bank və Xalq Bankın adı çəkilir. Bundan başqa Azərbaycanın bir sıra nazirlərinin və təhlükəsizlik rəsmilərinin adları keçir.

***

Səfir Dersin 2009-cu il martın 6-da göndərdiyi daha bir MƏXFİ qrifli məktubda isə Bakıda BP ilə biznes əlaqələri olan şəxs tərəfindən yaradılmış İNSULTEC şirkətinin Buşəhr atom stansiyası üçün təchizatla məşğul olduğu ehtimalından söhbət gedir.

***

2009-cu il iyunun 12-də Səfir Derse Məxfi qrifi altında yazır ki, mayın 12-də 16 ABŞ generalının Bakıya səfəri zamanı onlar prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyevlə danışanda o, Azərbaycan hökumətinin İranda kənardan etnik zəminli problemlər yaradılmasının əleyhinə olduğunu çatdırıb.

***

Azərbaycanla bağlı ən son sənəd 2010-cu il fevralın 25-də müvəqqəti işlər vəkili Don Lu tərəfindən göndərilib və ABŞ dövlət katibinin müavini Uilyam Börns tərəfindən razılaşdırılıb.

Burada Börnslə İlham Əliyevin görüşünün tam məzmunu açıqlanır.
İlham Əliyevin İran, Əfqanıstana əsgər göndərilməsi, Medvedev və Putin, Qarabağ danışıqları, Türkiyə-Ermənistan yaxınlaşması, Türkiyə ilə qaz anlaşmasının niyə pozulması və bloggerlərin azadlığa buraxılması haqqında dedikləri geniş işıqlandırılıb.

SƏNƏDDƏN BİR HİSSƏNİN TƏRCÜMƏSİ İLƏ BURADA TANIŞ OLUN

ABŞ DÖVLƏT DEPARTAMENTİ BƏYANAT VERİR

Hələ cümə günü, ABŞ dövlət departamenti gözlənilən qalmaqlın fəsadlarını azaltmaq istiqamətində aktiv fəaliyyətə başlamışdı. ABŞ müttəfiqləri olan ölkələrin xarici işlər nazirliklərinə məlumat verilmişdi ki, WikiLeaks təşkilatı ABŞ diplomatik kanallarından əldə etdiyi məktubları açıqlamağa hazırlaşır və bu ölkləri hadisələrin xoşagəlməyən inkişafına hazır olmağa dəvət etmişdi.

Bazar günü Ağ Evin mətbuat xidməti bəyanat yayaraq bildirib ki, məktublarda ABŞ-ın rəsmi xarici siyasətindən deyil, qeyri-formal söhbətlər zamanı ifadə olunan fikirlərdən söhbət gedir. Bu sənədlərin dərc olunmasını pisləyən Ağ ev bildirir ki, açıqlanan məlumatlar insan həyatlarını birbaşa təhlükəyə qoyur
XS
SM
MD
LG