Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 09:24

Azərbaycan korrupsiyaya görə 183 ölkə arasında 143-cü oldu


Bakı sakinləri ilə korrupsiya söhbəti...
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

Azərbaycan korrupsiyanın səviyyəsinə görə 183 ölkə arasında 143-cü oldu. Transparency İnternational təşkilatının yeni yayılan illik hesabatına görə Azərbaycan hələ də korrupsiyaya görə Qafqazın lider dövlətidir. Bakı sakinlərinin bu mövzuda dedikləri vide


Korrupsiyanı Qavrama İndeksinə görə Azərbaycan 183 ölkə arasında 143-cü sıradadır. Bu, Beynəlxalq Şəffaflıq Təşkilatı – Transparency İnternationalın gəldiyi qənaətdir. Dünyada korrupsiya ilə mübarizə sahəsəsində ixtisaslaşan ən nüfuzlu təşkilat olan Transparency İnternational dekabrın 1-də bu sahədə vəziyyətə dair illik hesabatını yayıb.

YENİ ZELANDİYA ƏN AZ KORRUPSİYALAŞMIŞ ÖLKƏ OLUB

183 ölkəni əhatə edən hesabatda korrupsiya sahəsində ən ən yaxşı vəziyyətdə olan dövlət kimi Yeni Zelandiya göstərilir. Ondan sonra siyahının yuxarısında ilk 10 yerdə Danimarka, Finlandiya, İsveç, Sinqapur, Norveç kimi ölkələr tutur.

Ən sonda isə Somali qərarlaşır. Siyahının axırında Türkmənistan, özbəkistan, Əfqanıstan, Şimali Koreya kimi ölkələr gəlir.

AZƏRBAYCAN QAFQAZDA LİDERLİYİNİ ƏLDƏN VERMİR... KORRUPSİYADA

Qafqazda ən az korrupsiyalaşmış ölkə Gürcüstan göstərilir. Hesabatda onun yeri 64-cüdür. Ermənistan isə 129-cu sırada qərarlaşır.

Yəni, artIq bir neçə ildir ki, Transparency İnternationalın hesabatında Qafqazın ən korrupsiyalaşmış ölkəsi kimi Azərbaycan göstərilir. Azərbaycan özünün sərhəd qonşuları arasında korrpsiyanın səviyyəsinə görə yalnız Türkmənistanı qabaqlayır, Rusiya ilə eyni səviyyədədir. Amma Rusiya keçənilki 154-cü yerini 10 pillə yaxşılaşdıraraq 143-cü olub.
Keçən il 134-cü yerdə olan Azərbaycanda isə bu il 143-cü olub.

İLİN ƏVVƏLİNDƏN HÖKUMƏTİN ANTİ-KORRUPSİYA KAMPANİYASI VARDI, AMMA...

Amma Transparency İnternational qeyd edir ki, ölkələrin vəziyyətini illər üzrə müqayisə etmək mümkün deyil. Çünki dövlətlərin sırası hər il keçriilən müxtəlif məzmunda və müxtəlif sayda sorğular əsasında müəyyən edilir. 2011-ci ilə aid olan hesabatda da dövlətlərin sırası 20-ə yaxın sorğu və qiymətləndirmə əsasında tərtib edilib.

Azərbaycan hökuməti bu ilin əvvəlindən ölkədə korrupsiyaya qarşı ciddi tədbirləR görüldüyünü bildirir. Bu kampaniya başlayarkən ilk aylarda onun rüşvətin səviyyəsini nisbətən azaltması barədə hətta ictimai təşkilatlar da danışırdılar. Amma bir neçə ay sonra rüşvətxorluğun əvvəlki səviyyəyə qayıtdığı barədə tənqidlər gücləndi.

Azərbaycanın sərhəd qonşularında korrupsiya səviyyəsi Transparency İnternational-a görə son bir neçə ildə aşağıdakı kimi olub:
Ölkələr 2011 2010 2009 2008
Türkiyə 61 56 61 58
Gürcüstan 64 68 66 67
Ermənistan 129 123 120 109
Azərbaycan 143 134 143 158
Rusiya 143 154 146 147
Qazaxıstan 120 105 120 145
İran 120 146 168 141
Türkmənistan 177 172 168 166

TRANSPARENCY İNTERNATİONAL XƏBƏRDARLIQ EDİR

Transparency İnternational hesabatında qeyd edir ki, korrupsiya vəba kimi olduqca çox sayda ölkəyə yayılıb. Təşkilat xəbərdarlıq edir ki, hazırda dünyanı bürüyən etiraz dalğaları əksər hallarda korrupsiya və iqtisadi qeyri-sabitliyə görə alovlanır.

Etirazlara qoşulan vətəndaşlar açıq-aşkar liderlərinin və dövlət qurumlarının şəffaf və məsuliyyətli olduğuna inanmadıqlarını deyirlər. Ona görə də liderlər daha səmərəli hökumət barədə tələbləri diqqətlə nəzərdən keçirməlidirlər.
XS
SM
MD
LG