Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:11

Jurnalistlər Naxçıvan gömrüyündə təzyiqlə üzləşdiklərini deyirlər...


Elman Abbasov
Elman Abbasov
-
Gömrük məntəqəsində söhbətdən sonra jurnalistlər ordan uzaqlaşıblar.

Bunu AzadlıqRadiosuna Elman Abbasov bildirib.

Jurnalist çəkiliş apardığı kameranı gömrükçülərin ona qaytarmadıqlarını deyir:

«Bizə dedilər ki, təcili bir maşına oturub burada uzaqlaşın. Biz «Yeni Müsavat» qəzetinin müxbirinin maşını ilə ordan çıxdıq. Amma Məhəmməd Qurbanov gömrük məntəqəsində qaldı».

İşadamı Məhəmməd Qurbanov isə AzadlıqRadiosuna bildirib ki, ona hələ də məntəqədən çıxmağa imkan vermirlər.

***

RATİ-nin əməkdaşı Elman Abbasov, «Turan» İnformasiya Agentliyinin müxbiri İlqar Nəsibov və işadamı Məhəmməd Qurbanovun Naxçıvanda-Sədərək gömrük məntəqəsində hücuma məruz qaldıqları bildirilir.

Bu barədə AzadlıqRadiosuna Elman Abbasov məlumat verib.

Elman Abbasovun dediyinə görə, jurnalist kimi onları gömrük məntəqəsinə orada baş verən qanunsuzluqlarla tanış olmaq üçün işadamı Məhəmməd Qurbanov dəvət edib:

«Məntəqədən bizə dedilər ki, maşında gözləyin. Birdən 20-30 nəfər gömrükçü sahibkara və onun yanındakı işçilərinə hücum edib döyməyə başladılar. Mən kameranı işə salıb çəkəndə, məntəqənin işçiləri bizim üzərimizə gəldilər. İlqar Nəsibova, mənə və sahibkara fiziki güc tətbiq elədilər. Kameranı əlimdən aldılar. Sahibkar maşını sürdü ki, qaçaq, yolumuzu kəsdilər. Hazırda bizi maşınlarla əhatəyə alıblar. Bayırda məsləhətləşirlər. Yəqin ki, bizi şərləyib həbs edəcəklər».

Sahibkar Məhəmməd Qurbanov isə AzadlıqRadiosuna bildirib ki, Türkiyədən gətirdiyi ərzaq məhsullarını ölkəyə buraxmaq üçün gömrükçülər ondan artıq pul istəyiblər. Həmin pulu vermədiyi üçün malını anbarlardan çıxartmağa qoymurlar. O da məcbur olub jurnalistlərə müraciət edib.

Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsindən isə AzadlıqRadiosuna belə bir hadisənin baş vermədiyini bildiriblər.
XS
SM
MD
LG