Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:05

Coelho Nobel üzü görməyəcək (İsveç Akademiyasından açıqlama)


Peter Englund
Peter Englund
-

Borges-ə Nobel mükafatı verilməməsinin səbəbi açıqlandı


Nobel Mükafatının qalibini seçən İsveç Akademiyasının daimi katibi Peter Englundun Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsindən


- Siz “yüksək bədii söz sənət”ini təmsil edənləri seçirsiz. “Şərti Coelho” Nobel mükafatını ala bilmir. Hərçənd o, 2003-cü ilin laureatı Kutzeedən daha populyar müəllif olaraq qalır. Bunu nəzərə alıb “planka”nı salmaq fikriniz yoxdur ki?

- Məqsədi oxucunu əyləndirmək olan müəlliflər həmişə olub. Burda pis bir şey yoxdur. Amma bizim mükafatımız belə ədəbiyyat üçün nəzərdə tutulmayıb. Biz yazıçıları müstəsna xidmətlərinə görə mükafatlandırırıq, “müstəsna əyləncələrə görə” yox.

- Hər ehtimala qarşı Dan Brown kimi müəlliflərin daxil edildiyi qara siyahınız yoxdur ki?

- Xeyr, belə bir siyahımız yoxdur. Əgər sənin oxucun çoxdursa, bu sənin əleyhinə arqument olmamalıdır. Eləcə də xeyrinə. Biz kimin nə qədər oxucusu olmasını nəzərə almırıq. Daha çox oxucunu əyləndirə bilmək bacarığı bizim üçün mühüm deyil.
Jorge Luis Borges
Jorge Luis Borges

- Son seçiminiz - mükafatın çinli Mo Yana verilməsi - qalmaqal yaratdı. Sizi mükafatı, belə deyək, qeyri-dissident yazara verməkdə ittiham etdilər. Akademiya bu tənqidə necə cavab verdi?

- Xatırladım ki, bizim mükafat - ədəbi mükafatdır. Siyasi bölgünün məsələyə dəxli yoxdur. Əvvəllər bizi çox tənqid edirdilər ki, guya “siyasi seçim” edirik. Budur, indi mükafatı Mo Yana vermişik və bunun əksi olan reaksiyanın şahidiyik, deyirlər ki, siz siyasi nöqteyi-nəzərdən mükafatı ona verməməliydiniz. Nə eləsək, onsuz da bizi tənqid edəcəklər. Akdemiyanın tarixində belə də hallar olub ki, çox layiqli yazıçılara mükafat verilməyib. Ehtiyatlanblar ki, bu, düzgün anlaşılmayacaq. Məsələn, mənim ən sevimli yazıçılarımdan olab Jorge Luis Borges də mükafat almayıb. Akademiyada onun Argentinadakı hərbi xunta ilə əlaqələrinə görə müəyyən şübhələr vardı. Məncə, bu, düzgün deyildi.

O ki qaldı Nabokovun “Nobel”siz qalmasına, Peter Englund deyib:

- Əlbəttə, onun namizədliyi irəli sürülüb, amma, bilmirəm, niyə mükafat ala bilməyib. Ümumiyyətlə, bizdə şərti bir zaman meyarı var - gərək 20-30 il keçsin ki, seçimimizin düzgün olub-olmadığı bilinsin. Bizim də səhvlərimiz olur və yenə də olacaq.
XS
SM
MD
LG