Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:02

Apteklərdə qıtlıq yaranıb- [Video]


Apteklərdə qıtlıq aradan qalxır
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

Apteklərdə qıtlıq aradan qalxır

►Qıtlıq yaransa da, aptek müdirləri problemin aradan qalxmaqda olduğunu deyirlər.

“GƏL, ƏVƏZEDİCİSİNİ VERƏK”

- Təkcə bu dərman var. Qalanları yoxdur.

- Bəs nə vaxt olacaq?

- Dəqiq bilmirəm, yəqin 5-10 günə...

İndi Bakının istər mərkəzində, istərsə də kənarlarındakı apteklərdə müştərilərlə əczaçılar, aptek satıcıları arasında bu cür dialoqu tez-tez eşitmək olur. Alıcılar apteklərdən narazı çıxır.

“Mən “Rinza” almalıydım, üç aptekdən soruşdum, deyir, “yoxdur”. Mənim də xəstəmə bu dərman lazımdır. Neçə aptekdən soruşmuşam, deyirlər ki, “bir neçə günə olacaq”. Bəzi apteklərdə isə deyirlər “gəl, əvəzedicisini verək”. Başa düşmürəm, əvəzedici lazım olsaydı, elə həkim əvəzedicisini yazardı də”.

Bunu deyən 60 yaşlı təqaüdçü Nizaməddin Əliyev Neftçilər xəstəxanasının yaxınlığındakı aptekləri bir-bir gəzəndən sonra əliboş çıxır. Aptek satıcıları isə, deyəsən, müştərilərin narazı simalarına çoxdan öyrəşiblər. Bəziləri heç başını da qaldırmadan “yoxdur” deyib resepti qaytarırlar.

Sentyabrın 15-də Azərbaycanda 1057 adda dərmanın qiyməti ucuzlaşıb. Ancaq görünən odur ki, apteklərdə olan dərman çatışmazlığı indi lap artıb. Tapılmayan dərmanlar həm adı ucuzlaşan dərman siyahısında olanlar, həm də olmayanlardır. Adı siyahıda olmayan dərmanlar isə əvvəlki kimi müxtəlif apteklərdə müxtəlif qiymətlərə satılır.

Buna da bax: Erdogan: "Türkiyəni parçalamaq istəyirlər"

“Balıq yağı lazım idi, ala bilmədim. Bir də D3 vitamini. Həkim yazıb, uşaq qəbul etməlidir, yoxdur. Gərək gedib başqa apteklərdən də soruşum”.

Bunu aptekdən əliboş çıxan gənc qadın Fidan Kərimli deyir.

D3 vitamini bəzi apteklərdə olmasa da, birində 3 manat 20 qəpiyə, başqa bir aptekdə isə 3 manat 40 qəpiyə satılırdı. Adını demək istəməyən aptek sahiblərindən biri deyir ki, tapılmayan preparatlar daha çox adı siyahıda olmayanlardır.

Əczaçı Afaq Hüseynova deyir ki, reseptdəki preparat olmayanda, müştəriyə onun əvəzedicisini təklif edirlər:

“Səhiyyə Nazirliyindən də göstəriş var ki, olmayan dərmanların həmin tərkibdə olan əvəzedicisini verə bilərik. Əlbəttə, bunu həkimlə məsləhətləşib edirik. O ki qaldı adı siyahıda olan dərmanlara, hazırda depodan yeni qiymətlərlə dərmanlar gəlir. Biz də o cür satırıq. Artıq bəzi preparatlar gəlib. Düzdür, olmayanlar da var. Ancaq yavaş-yavaş hər şey qaydasına düşür”.​

Buna da bax: "Peyğəmbər bir məkan axtarsaydı, Azərbaycanı seçərdi"

“DÜNƏNDƏN VERMƏYƏ BAŞLAYIBLAR”

Qıtlıq təkcə mərkəzdəki apteklərdə deyil. Kənarlarda da eyni durumdur. Əhmədlidəki Neyrocərrahiyyə Xəstəxanasının yaxınlığındakı aptekdən də alıcıların çoxu əliboş çıxırdı. Əczaçı müştəridən hər iki üzü dolu resepti alıb birinin altını qırmızı ilə işarələyir. Deyir ki, onlarda ancaq bu dərman var.

Həmin aptekin özünü təqdim etməyə müdiri etiraf edir ki, dərman qıtlığı var. Deyir ki, köhnə qiymət olan dərmanları anbarlara göndəriblər. Həmin dərmanlar yeni qiymətlərə aptekə gələcək, ona görə də dərman çatışmazlığı var:

“Bu, qiymətlərin tənzimlənməsindən sonra yaranıb. Ancaq olacaq. Baxın, burda siyahı var, 1057 adda dərmandır. Təbii ki, bunların hamısı bizdə yoxdur. Dünəndən verməyə başlayıblar. Dərmanları göndərmişik depoya, dünəndən təzə qiymətlə göndərirlər”.

Buna da bax: "Peyğəmbər bir məkan axtarsaydı, Azərbaycanı seçərdi"

NAZİR DEYİR QITLIQ YOXDUR

İqtisadiyyat və sənaye naziri, Tarif Şurasının sədri Şahin Mustafayev sentyabrın 15-də “Azərbaycan” qəzetinə verdiyi müsahibəsində deyib ki, 1000-dən artıq ucuzlaşmış dərman sentyabrın 15-dən yeni qiymətlərə satılır.

Nazir ölkədə dərman qıtlığının olmadığını da deyib:

“2014-cü ilin müvafiq dövrü ilə müqayisədə bu il ölkəyə idxal olunan dərman vasitələrinin həcmində artım müşahidə edilir və ölkədə dərman qıtlığı yoxdur”.

Azərbaycanda dövlət qeydiyyatına alınmış 4 min 500-dən çox adda dərman var. Tarif Şurasının iyulun 30-da keçirilmiş iclasında 256, avqustun 25-də keçirilmiş iclasında isə əlavə 801 dərmanın qiyməti aşağı salınıb.

Ümumilikdə, 1057 dərmanın qiyməti 2-3 dəfə, bəzən bir neçə dəfə ucuzlaşıb. Apteklərdə həmin dərmanlardan bəzilərinin həqiqətən də yeni qiymətə satıldığının şahidi olduq, ancaq bəziləri satışda yox idi. Tarif Şurasının məlumatına görə, ilin sonuna qədər mərhələlərlə dərmanların çoxu ucuzlaşacaq.

XS
SM
MD
LG