Keçid linkləri

2024, 31 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:06

Nazir qəbul imtahanlarının ödənişli olmasından danışdı


Təhsilin keyfiyyəti ölçüləcək
Gözlə

No media source currently available

0:00 0:08:51 0:00

Təhsil naziri Mikayıl Cabbarov Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin gələcəkdə qəbul imtahanlarının ödənişli əsaslarla aparılmasının mümkünlüyü barədə fikirlərinə münasibət bildirib.

Burada bir neçə məsələnin olduğunu deyən M.Cabbarovun sözlərinə görə, DİM müstəqil, publik hüquqi şəxsdir, onun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri imkanlar olmalıdır:

«Başqa məsələ odur ki, təhsil alanlara xidmətlərin sifarişçisi kimi dövlət çıxış edir. Ona görə də həmin xidmətlərin ödənişinin kim tərəfindən həyata keçirilməsi sual yaradır. Bu dövlət büdcəsindən yoxsa, başqa mənbələrdən maliyyələşəcək? Ona görə düşünürəm ki, bu məsələ geniş şəkildə müzakirə tələb edir».

Xəbəri «Report» agentliyi yayıb.

Buna da bax: 'Daha bunun nəyi pulsuz təhsil oldu?'

M.Cabbarov bildirib ki, nazirliyə bu haqda müraciət olunduqdan sonra rəsmi mövqe bildiriləcək: «Mənim baxışım ondan ibarətdir ki, Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təmin edilməsi üçün zəruri imkanlar olmalıdır. Lakin bunun hansı dərəcədə, buraxılış imtahanlarından sonra qəbul imtahanları verən abituriyentlər hesabına olunub-olunmaması sual doğurur. Çünki bu, təhsilə çıxış və əlçatanlıq məsələsidir. Lakin indi buna müzakirəsi başa çatan və qərar verilən məsələ kimi baxmamalıyıq. Əminəm ki, bu məsələnin həllini həmkarım Məleykə Abbaszadə və digərləri ilə işləyərək birgə tapacağıq».

XS
SM
MD
LG