Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:30

Stalinin milliyyəti azərbaycanlıdır


Şəkil «İnternational Herald Tribune» qəzetindən götürülüb
Şəkil «İnternational Herald Tribune» qəzetindən götürülüb
«Azadlıq» radiosunun forumunun iştirakçıları Azərbaycanın xaricdə necə təmsil olunması yolları haqda baş sındırdığı bir vaxtda Cəmil Ziyadəliyev adlı həmyerlimiz nümayiş etdirir ki, insan fantaziyasının həddi-hüdudu yoxdur.

Xanımı ilə birlikdə fotosunun nüfuzlu «İnternational Herald Tribune» qəzetinin birinci səhifəsində dərc olunması şərəfi hər azərbaycanlıya nəsib olmur. Sözümüzə qüvvət, eyni səhifədə Ziyadəliyevdən başqa daha iki nəfərin fotosu var – Corc Buş və Nikola Sarkozinin.

«İnternational Herald Tribune» qəzetinin yazarı Dan Bilefskinin diqqətini cəlb edən 64 yaşlı Cəmil kişinin məşğuliyyətidir. Onun işinin adı Stalin olmaqdır, əsas vəzifəsi özünü imkan daxilində daha çox Stalinə bənzətməkdir. Bu bənzərliyə görə, Gürcüstanda adamlar onu toya dəvət etmək üçün növbəyə dururlar. Qəzet yazır ki, Cəmil Ziyadəliyev mühasib işləyib, tərəvəz alveri edib, taksi sürüb və nəhayət, müəyyən edib ki, əyninə marşal forması taxıb Stalini təqlid etməkdən münasib gəlir mənbəyi ola bilməz.

Cəmil kişi deyir ki, bazarı heç vaxt indiki kimi yaxşı getməyib. Gürcülərin Stalinə olan məhəbbəti onu bir cox qayğılardan hifz edir, bir çox xidmətlərə görə, ondan heç kim pul almır. Məsələn, Azərbaycan-Gürcüstan sərhəddini sərbəst keçmək, maşınını təmir etdirmək, nahar və sair və ilaxır.

Stalindən də pul alarlar?
XS
SM
MD
LG