Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:11

Belə getsə, iş yeri olan bircə prezident qalacaq


Zimbabvenin prezidenti Robert Qabriel Muqabe
Zimbabvenin prezidenti Robert Qabriel Muqabe
Azərbaycanda son prezident seçkisində namizəd Hafiz Hacıyev deyirdi ki, ölkədə prezidentdən başqa işləyən yoxdur.
O, bunu məcazi mənada deyirdi, ancaq eyni fikir Zimbabveyə hərfi mənada aiddir. Zimbabvedə deyəsən, iş yeri olan bircə prezident Robert Muqabe qalıb, bir də hökumət qurumlarında işləyən məmurlar.
BMT yanvarın 29-da bildirib ki, Zimbabvedə əhalinin 96 faizinin işi yoxdur. 12 milyon əhalinin yalnız 480 mininin iş yeri var.
BMT bu məlumatı Zimbabvedə işləyən 35 yardım agentliyinin topladığı məlumatlar əsasında verib.
Son illər Zimbabveni 3 milyon adam tərk edib. Başqa ölkələrdə işləyən bu insanlar evə pulla yanaşı, ərzaq da göndərirlər.
XS
SM
MD
LG