Bugünlərdə millət vəkili Anar Məmmədxanov özünə məxsus Day.az informasiya portalını başqasına satdığını söylədi. Amma deputatın bu cür kommersiya fəaliyyətinə icazəsi varmı? Azərbaycan Konstitusiyası yazır ki, yox.
Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndində yazılır: «Dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla)» deputat mandatdan məhrum edilir. Bu qadağa «Seçki Məcəlləsi»nin 175-ci maddəsində də göstərilib.
Siyahıda adları qeyd olunan deputatlardan yalnız A.Məmmədxanov və B.Tağıyev sahibkarlıq fəaliiyəti ilə məşğul olmur. AR qanunvericiliyinə görə hər hansı hüquqi şəxsin təsisçisi həmin hüquqi şəxsdə iştirak payına görə divident əldə edir. Həmin divident(gəlir) sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlərə aiddir. (Vergi Məcəlləsi 99.3-cü maddə) Təsisçilər hüquqi şəxsin fəaliyyətində və ya idarə olunmasında iştirak etmirlər. Amma digər deputatlara sözüm yoxdur. Bilavasitə sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar (məqalədəki məlumat həqiqətdirsə)
«Azadlıq» radiosunun Milli Məclisin saytında araşdırmasından məlum oldu ki, deputatlardan 11 nəfəri Konstitusiyanın birbaşa tələblərinə zidd olaraq kommersiya fəaliyyəti ilə məşğul olur. Səkkiz nəfəri isə əsas qanunun ziddinə olaraq icra orqanlarında yüksək vəzifələrində çalışırlar.
Saytın məlumatına görə millət vəkillərindən daha 11 nəfəri seçildiyi günə qədər kommersiya sahəsində çalışıb. Amma onların haqqında bu məlumat keçmiş zamanda göstərilib.
Bunlardan savayı, əlbəttə, deputatlardan kimlərin hansı şadlıq saraylarına himayəçilik etdikləri, kimlərin nəqliyyat sektorunda hansı avtobus marşurutlarına, hansı ticarət obyektlərinə sahib olmaları barədə də az-çox fəal jurnalistlərin məlumatları var. Amma onları Milli Məclisin saytı kimi sənədlərlə təqdim etmək mümkün deyil.
Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 89. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi
I. Azərbaycan Respublikası Milli Məclisinin deputatı aşağıdakı hallarda mandatından məhrum edilir:
dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);
Bu Konstitusiyada yazılanlardır.
Milli Məclisin saytında isə bunlar yazılıb:
Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu isə deputatlardan hər hansı birinin kommersiya ilə məşğul olmasını inkar edir. Parlamentin rəsmi saytındakı məlumatları isə bizimlə söhbətdə Akif Təvəkküloğlu bu cür izah etdi:
«Saytda bu cür məlumat olmamalıdır. Əgər varsa belə, görünür, siz köhnə, ilkin informasiyalara rast gəlibsiniz. İndi ona baxarıq, əgər təzəsi yoxdursa, qoyular».
Amma iş ondadır ki, deputatın indi və ya keçmişdə biznes fəaliyyəti ilə məşğul olduğu rəsmi saytda çox aşkar yazılıb. Bəzi millət vəkillərinin bizneslə məşğul olduğu keçmiş zamanda, bəzilərinin bu məlumatı isə indiki zamanda göstərilib. Digər tərəfdən də, hətta saytda köhnə məlumatlar yerləşdirilə bilər. Amma deputatların özləri biznes fəaliyyətlərini inkar etmirlər.
Məsələn, millət vəkili Baba Tağıyev bizimlə söhbətdə «Avropa qapıları» şirkətinin və «Tağıyev» şirkətlər qrupunun təsisçisi olaraq qaldığını söylədi. Amma deputat onu da əlavə edir ki, xeyli vaxtdır şirkətlərindən qazancı yoxdur:
«Seçkilərə qatılan günə qədər mən bizneslə məşğul olmuşam. Amma seçkidən sonra mən yalnız təsisçi kimi qalmışam. Sözün düzü, xeyli vaxtdı ki, şirkətlər çətinliklə işləyirlər. Mən onlardan gəlir əldə etməmişəm».
Başqa bir millət vəkili, Anar Məmmədxanov isə lap bu yaxınlarda, çox hay-küylü şəkildə özünün Day.az saytını satdığını dedi.

Oxucu fikri
Taleh - Bakidan yazır

Rövnəq Abdullayev 2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidentidir | |
Ərəstun Cavadov 1998-ci ildən «Mərkəzi Univermaq» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədridir | |
Əhəd Əhmədov 2005-ci ildən Beyləqandakı «Mil-Qarabağ» Məhdud Məsuliyyətli Cəmiyyətinin sədridir | |
Rauf Əliyev 2000-ci ildən «Neftçi» idman-sağlamlıq mərkəzinin rəisidir | |
Çingiz Əsədullayev Azərbaycan Banklar Assosiasiyasının vitse-prezidentidir. Bakı Fond Birjası Müşahidə Şurasının və İnvestisiyaların Təşviqi Fondunun Himayəçilər Şurasının sədridir. 1997-ci ildən «Azəriqazbank» Səhmdar İnvestisiya Bankının Müşahidə Şurasının sədridir | |
Xəlilbəy Günəşov 2004-cü ildən Bakı Tikinti və Şəhərin İnkişafı Şirkətinin direktorudur | |
Nizami İsgəndərov 1998-ci ildən «Sumqayıt Ticarət Mərkəzi» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin müavinidir | |
Mirkazım Kazımov 1996-cı ildən «Qasid» Açıq Səhmdar Cəmiyyətinin sədridir | |
Baba Tağıyev 1988-ci ildən «Avropa qapıları» şirkətinin, 1999-cu ildən «Tağıyev» şirkətlər qrupunun qurucu-təsisçisidir | |
Cavanşir Paşazadə 1998-ci ildən Qızılağac Dövlət Təbiət Qoruğunun direktorudur | |
Hüseynbala Mirələmov Hazırda Dövlət Neft Şirkəti (ARDNŞ) prezidentinin müşaviridir | |
Məcid Kərimov 2005-ci ildən «Azərikimya» Dövlət Şirkətinin prezidentidir | |
Miri Qənbərov 1997-ci ildən «Azərkontrakt» Səhmdar Cəmiyyətinin sədridir | |
Eldar Quliyev 1993-cü ildən «Azərittifaq»ın İdarə Heyətinin sədridir | |
Rüfət Quliyev Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun Himayəçilər Şurasının, Azərbaycan-Türkiyə İş Adamları Birliyi Məsləhət Şurasının üzvü, Azərbaycan-Türkiyə Biznes Şurasının həmsədridir. 1999-cu ildən «European Tobacco-Baku» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədridir | |
Cavid Qurbanov 2003-cü ildən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin «Yolnəqliyyatservis» departamentinin rəisidir | |
Eyvaz Qurbanov 2000-ci ildən «Olimpiya» idman kompleksinin direktorudur | |
İlham Məmmədov 2004-cü ildən Yevlax Şəhər Mərkəzi Xəstəxanasının baş həkimidir | |
Anar Məmmədxanov Day.az informasiya portalının təsisçisi. Bu yaxınlarda saytı məbləğini açıqlamadığı miqdarda pula başqasına satdığını mediaya müsahibələrində özü bildirib |