Həmçinin oxu: V.Havel ilə müsahibə
Redaktorlar Şurasında çıxış edən V.Havel «Azadlıq» radiosunun vacibliyini qeyd edərək bildirib ki, bundan sonra da radionun müstəqil informasiya mənbəyi imicini gücləndirmək lazımdır.
«Məqsədlərdən biri də yeni yaranan demokratik cəmiyyətlərdə yeni demokratik siyasətçilərin yetişdirilməsi ilə yanaşı, ümumiyyətlə, yeni nəsil siyasətçilərin formalaşmasında iştirak etməkdir. Çünki biz görürük ki, demokratik cəmiyyətlərin siyasətçiləri iqtisadi maraqlar və başqa praqmatik səbəblərdən avtoritar rejimlərdən olan həmkarları ilə danışarkən səmimilikdən qaçırlar», – deyə V.Havel bildirib.
Yaxın günlərdə «Azadlıq» radiosunun Azərbaycan redaksiyası da Praqada müasir avadanlıqlarla təchiz olunan yeni binaya köçəcək.
Keçmiş dissident V.Havelin fikrincə, Şərqi Avropa ölkələrinin kommunizm əsarətindən xilas olmasında «Azadlıq» radiosunun vacib rolu olub.