Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:47

Ərdoğanın Azərbaycana səfəri başladı


«Türkiyənin Azərbaycanın maraqlarını müdafiə edəcəyinə heç kimdə azacıq da olsa şübhə olmamalıdır»
«Türkiyənin Azərbaycanın maraqlarını müdafiə edəcəyinə heç kimdə azacıq da olsa şübhə olmamalıdır»
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan mayın 12-i Azərbaycana səfərə gəlib. Türkiyə baş naziri və xanımını Azərbaycan Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar. Hava limanının ali qonaqlar üçün salonunda Rəcəb Tayyip Ərdoğanla Abid Şərifov arasında qısa protokol söhbəti aparılıb.

Mayın 13-ü Türkiyənin baş nazirinin prezident İlham Əliyevlə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşləri olacaq. Görüşlərdən sonra Ərdoğanla Əliyev birgə mətbuat konfransı keçirəcək.

Baş nazir Milli Məclisdə də çıxış edəcək və Bakıdan Polşaya yollanacaq.

Türkiyə-Ermənistan arasında münasibətlərin«yol xəritəsi»nin müəyyənləşdirilməsindən sonra bu Ərdoğanın Bakıya birinci səfəridir.

Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan Bakıya yola düşməzdən əvvəl deyib ki, onun səfərində məqsəd «anlaşılmazlıqları və yanlış təəssüratları» aradan qaldırmaqdır. O, Azərbaycanı əmin edəcək ki, Azərbaycanın maraqları Türkiyənin prioritetidir.

Ərdoğan deyib: «Türkiyənin Azərbaycanın maraqlarını müdafiə edəcəyinə heç kimdə azacıq da olsa şübhə olmamalıdır».

Türkiyəli baş nazir şənbə günü Soçidə Rusiyanın baş naziri Vladimir Putinlə görüşəcək. Rusiya iyun ayında Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünü təşkil etməyi planlaşdırır.
XS
SM
MD
LG