Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:22

Karl Marks haradadır?


Bir vaxtlar Karl Marks Bakıda da çox məşhur idi. Özü də təkcə kommunizmin ideoloqlarından biri kimi yox. O, ictimai nəqliyyatdan istifadə eləyən şəhər sakinləri arasında da yaxşı tanınırdı. 8-ci mikrorayon tərəfə gedən sərnişinlər gündə neçə dəfə avtobus sürücülərindən «Karl Marksın yanında» saxlamağı xahiş edirdilər. Çünki həmin yerdə Karl Marksın əzəmətli tunc heykəli ucalırdı.

1992-ci ildə Karl Marksın heykəli götürüldü. Yəqin, bəzi sərnişinləri həmin heykəlin indi harda olduğu maraqlandırır. O, «Nərimanov» metrosunun yaxınlığında «heykəltəraşların emalatxanası» adlanan ərazidədir. Əvvəlki əzəmətdən isə əsər-əlamət qalmayıb. İllərdir burda böyürü üstə uzanıb qalıb. İndi onun əvvəlki yerində isə benzindoldurma məntəqəsi fəaliyyət göstərir…

Marksı böyrü üstə qoydular
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00
Direct-ə keçid
XS
SM
MD
LG