İyulun 4-ü axşam saatlarında Astara şəhərinə əsgər meyiti gətirilib. 1991-ci ildə anadan olmuş Əsgərov Aydın Vaqif oğlu Bakı şəhərində xidmət edirdi. 2009-cu ilin əvvəlində Astara hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdı. A.Əsgərov doğulduğu Astara şəhərində dəfn edilib.
Ölümün səbəbləri haqda məlumat verilmir. Mərhumun yaxınlarının «Azadlıq» radiosuna dediyinə görə, ölümlə bağlı cinayət işi açılıb.
İş günü olmadığından məsələyə Müdafiə Nazirliyinin mövqeyini öyrənmək mümkün olmayıb.