Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:06

«Avropa Məhkəməsinə qədər gedib çıxacağıq» (video)


Gənc fəallar Emin Milli və Adnan Hacızadə
Gənc fəallar Emin Milli və Adnan Hacızadə
Ədnan Hacızadənin və Emin Millinin vəkilləri İsaxan Aşurov və Elton Quliyev Səbayel rayon məhkəməsinin hakimi Rauf Əhmədovun qərarının qərəzli və qanuna zidd olduğunu deyiblər. Vəkillər qərardan apellyasiya şikayəti verəcəklərini, sonra isə qərar onları qane etməzsə, Avropa Məhkəməsinə müraciət edəcəklərini deyiblər.
(yazı videonun altında davam edir)
"Xüsusi rejimli" məhkəmə
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00
Direct-ə keçid


İsaxan Aşurovun sözlərinə görə, gənclərə qarşı qeyri-insani münasibət göstərilib, onlar həkimə ehtiyacları olduğu halda tibbi xidmətlə təmin olunmayıblar.

Məhkəmənin qarşısına toplaşmış müxtəlif gənclər təşkilatlarının nümayəndələri Emin Milli və Ədnan Hacızadənin həbsinə bütün qanuni üsullarla etiraz edəcəklərini bildirib.



***

İşə baxan hakim Rauf Əhmədov qərarını elan etdi. Həm Adnan Hacızadə, həm də Emin Milli barədə iki aylıq həbs qəti imkan tədbiri seçilib. Bu müddət ərzində məhkəmə istintaqı davam edəcək və sonra yenidən məhkəmə keçiriləcək.

Emin Milli və Adnan Hacızadəyə hücum etdiyi bildirilən Babək Hüseynov və Vüsal Məmmədov zərərçəkən kimi qəbul olunub. Onlar prosesdə iştirak etmirdilər.

Məhkəmənin qarşısına toplaşan gənc fəallar və hüquq müdafiəçiləri etirazlarını himni oxumaqla və şüarlar səsləndirməklə bildiriblər.

***

Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş üzrə sektor müdiri Fuad Babayev də məhkəmənin qarşısındadır. O deyir ki, bu, məişət məsələsidir:

«Emin Milli həm döyə, həm də döyülə bilərdi. Adamlar müxtəlif situasiyalarda müxtəlif cür ola bilir. Ona görə də məhkəmənin qərarını gözləmək lazımdır».

***


Səbail Rayon Məhkəməsinin sədri Gülzar Əliyeva ilə görüşdən çıxan almaniyalı ombudsman deyib ki, bu hadisəyə öz etirazını bildirib:

Günter Nokke
«Bu cür hadisələr Azərbaycanla Almaniyanın münasibətlərinə xələl gətirə, ölkələrarası müzakirə mövzusuna çevrilə bilər və Azərbaycanın imicinə ziyandır».

Günter Nokke baş verənləri «siyasi təxribat» adlandırıb.

Ombudsman həmçinin işin qapalı keçirilməsinə etiraz etdiyini bildirib.

Bu arada məlum olub ki, işə baxan hakimin dəyişdirilməsi ilə bağlı da vəkillərin vəsatəti təmin olunmayıb.

Üzündə xəsarətlərin izləri hələ də qalan Adnan Hacızadənin ombudsmanla görüşünə icazə verilməyib.


***
Gənc fəallar Emin Milli və Adnan Hacızadənin məhkəməsi artıq başlayıb.

Adnan Hacızadənin vəkili İsaxan Aşurov «Azadlıq» radiosuna deyib ki, prosesin açıq keçirilməsi ilə bağlı onların vəsatəti qəbul edilməyib.

Hazırda isə Səbail rayon Məhkəməsinin sədri Gülzar Rzayeva Almaniyanın ombudsmanı Günter Nokke ilə görüşür. Hüquq müdafiəçisi Leyla Yunus almaniyalı ombudsmanın tərcüməçisi qismində görüşdə iştirak edir.

Gənclərin həbsi ilə bağlı şərhiniz varsa Forumda iştirak edə bilərsiniz
XS
SM
MD
LG