Keçid linkləri

2025, 02 Yanvar, Cümə axşamı, Bakı vaxtı 21:12

Generalın hərbi salam verdiyi 5 yaşlı uşaq


Belarus prezidenti Aleksandr Lukaşenko və oğlu Nikolay Minskdə motosikletçilərin festivalında, 20 iyul 2009
Belarus prezidenti Aleksandr Lukaşenko və oğlu Nikolay Minskdə motosikletçilərin festivalında, 20 iyul 2009
Harada görünüb ki, general 5 yaşlı uşağa əsgəri salam versin? Bu sualın cavabı yəqin ki, asandır. Bu, Belarusda baş verir.

Avropanın axırıncı diktatoru hesab olunan Belarus prezidenti Aleksandr Lukaşenko son vaxtlar xarici rəsmi qonaqları qəbul eləyəndə, onun hələ 5 yaşı olmayan oğlu Kolya da həmişə yanındadır.

Hətta baş qərargah rəisi, müdafiə naziri kimi generallar ordunun ali komandanı olan prezident Lukaşenkoya hesabat verəndə, onun yanındakı Kolyaya əsgəri salam verməlidirlər.

Lukaşenko xarici səfərlərə də Kolyanı özü ilə götürməyə başlayıb.

«Associated Press» agentliyi, «Guardian» kimi dünyanın nüfuzlu mediası Lukaşenkonun bu son yeniliyini izah etməkdə çətinlik çəkirlər. Onların fikrincə, ya Lukaşenko oğlunu yanında gəzdirməklə göstərmək istəyir ki, o heç də sərt deyil, ya da Lukaşenkonun qəribəlikləri artır. Yəni o artıq özünü həkimə göstərməlidir.
XS
SM
MD
LG