Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:46

«GEN MMC işi Azərbaycandakı korrupsiyaya bir nümunədir»


Vidad İsgəndərov
Prezident Administrasiyasının təhlükəsizlik xidmətinin əməkdaşı Ramin Hüseynov Bakı Baş Polis İdarəsi tərəfindən saxlanılıb. O GEN MMC tikinti şirkətinin rəhbəri Elbrus Əliyevin ifadəsi əsasında saxlanılıb.

Şirkət rəhbəri məhkəmədə bildirib ki, Ramin Hüseynov vasitəsilə yüksək vəzifəli məmurlara rüşvət verib. Bu haqda «Azadlıq» radiosuna Elbrus Əliyevin vəkili Vidad İsgəndərov məlumat verib. Hərçənd vəkil bu saxlanmanın məhkəmənin gedişinə faydası olacağına inanmır.

«YƏQİN İŞDƏN ÇIXARIBLAR Kİ, ONU TUTUBLAR»

- Ramin Hüseynov prezidentin təhlükəsizlik xidmətində işləyirdi. Məncə, artıq onu işdən azad ediblər. Elbrus Əliyev ibtidai istintaqa ifadəsində demişdi ki, Ramin Hüseynov vasitəsilə Xətai rayon icra başçısına 90 min manat pul verib. Onun barəsində cinayət işi də ayrılmışdı, nədənsə həbs edə bilmirdilər. Yəqin vəzifəsi ilə bağlı idi. Bilirsiniz, bura Azərbaycandır. O vaxt orda işləyirdi, tutmurdular, yəqin işdən çıxardıblar, yoxsa tutmazdılar. Artıq məlumat var ki, Bakı Baş Polis İdarəsinin istintaq şöbəsi tərəfindən saxlanılıb. Həbs qətimkan tədbir yəqin sabah da, birisigündə elan olunacaq…

- Ramin Hüseynovun həbsi məhkəmənin gedişinə nə verə bilər?

- Heç nə verməyəcək. O sadəcə, dələduzluqda ittiham olunacaq. Çünki o məhkəmədə deməyəcək ki, Xətai rayonu icra başçısına rüşvət verib.

«RÜŞVƏT ALAN İCRA BAŞÇILARI DA DİNDİRİLMƏLİDİR»

- Məhkəmədə daha kimlərin dindirilməsini istərdiniz?

- Elbrus Əliyevin rüşvət verdiyi konkret şəxslər var, onların dindirilməsini tələb edirik. Məsələn, Abşeron rayon icra başçısına sərəncam almaq üçün Vəkil Abıyev vasitəsilə 70 min manat rüşvət verib. Sonra Göygöl rayon icra başçısına 100 min manat rüşvət verilib, Ağa Seyidov vasitəsilə. Həmin şəxs indi axtarışdadır. Xətai rayon icra başçısına verilən rüşvətlə bağlı Ramin Hüseynovu saxlayıblar. Görək nə olur. Əsas Murad və Fərid Dadaşovların dindirilməsini istəyirik. Elbrus Əliyev onlara 50 min manatdan artıq rüşvət verib. Onlar qanunsuz reklamla məşğul olublar. «Spaca» və AzTV-də işləyən Səadət xanıma 51 min manat rüşvət verib. Amma bu adamları tutmaq mümkün deyil.

«MURAD DADAŞOVA GÖRƏ DEPUTATLARIN YARISI XAHİŞ ETDİ»

- Kimi həbs etsinlər? Murad Dadaşovu həbs etmək istədilər, deputatların yarısı xahiş etdi. Sadaladığım icra başçılarının qohum-əqrəbaları Prezident Administrasiyasında işləyir. Yəni mümkün deyil. O zaman bu məsələni prezidentin qarşısında qaldırdım. Elbrus Əliyev vaxtilə dələduzluğa görə məhkum olunmuş adamdır. Bu ona verib verib pulu, o buna. Nəticədə vətəndaşlardan alınan 12 milyon pul ortada yoxdur. 400 adam qalıb evsiz və bu qədər adamı dövlətdən incik salıblar. Dünən prokurorluqda onlardan biri özünü doğradı. Üçüncü intihardır. Bir dəfə Prezident Administrasiyasında, bir dəfə Bakı şəhər Prokurorluğunda, bir də Baş Prokurorluqda belə hadisə olub. Nəyi gözləyirik?.. Bu gün nəyəsə göz yummaq olar. Bu iş Avropa Məhkəməsinə gedəndə nə deyəcəklər?

«MƏN İŞ QURMAQ İSTƏDİM, EVİMİ MƏMURLAR YIXDI»

- Bu iş obyektiv aparılsa, Elbrus Əliyevlə yanaşı daha kimlər müttəhim kürsüsündə oturmalıdır?

- Söhbət təkcə beş icra başçısından getmir. Bu işlə bağlı Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qəbulunda olanda dedi ki, mən milyon manat istədim, vermədi. Bu səs məndə durur... Bu iş Azərbaycandakı korrupsiya sisteminə bir nümunədir.

Elbrus Əliyev deyir ki, mən heç kimi aldatmaq istəmirdim. Mən iş qurmaq istəyirdim, evimi məmurlar yıxdı. O deyir 50 min manat ver, bu deyir 100 min ver… Qanunsuz tikinti-söküntü işinə görə birbaşa rayon icra başçılarının birinci müavinləri məsuliyyət daşıyırlar. O cümlədən, MİS-lər, polis. Elbrus Əliyev adlar çəkir, həmin adamlar dindirilmir. Murad Dadaşov dörd ay gəlmədi istintaqa. Ona da, o cümlədən qanunsuz reklama görə, başqalarına qarşı ittiham irəli sürməlidirlər. Qanuna görə, qanunsuz reklama görə, reklam edən televiziya və ya şirkət ziyanı ödəməlidir.

- Murad Dadaşov mətbuata deyib ki, o pulun üstünə qanunsuz olduğu yazılmamışdı.

- Murad Dadaşov heç bir müqavilə olmadığını özü də etiraf etdi. Deyir ki, almışam əcəb eləmişəm, televiziyada reklam getdi, amma pul fiziki şəxs kimi mənə çatdı. Bu necə ola bilər? Lider TV səhm cəmiyyətidir. Bu necə olur ki, pul rəsmi quruma əlbəl verilir, ortada heç bir müqavilə yoxdur…
XS
SM
MD
LG