Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:40

50 min dollarlıq müvəqqəti azadlıq


Tehranın Evin zindanı
Tehranın Evin zindanı
İran azərbaycanlısı, milli fəal Bəhnam Şeyxi 55 gün təcridxanada saxlanıldıqdan sonra, 50 milyon məbləğində girov qoymaqla azadlığa buraxılıb.

Onun qardaşı Peyman «Azadlıq» radiosuna bildirib ki, 55 gün bundan qabaq Ettelaat tərəfindən tutulan qardaşı, Tehranın Evin həbsxanasında saxlanırmış.

Şeyxi 55 gün həbsini Evin həbsxanasının siyasi məhbusların saxlandığı 209-cu korpusunda keçirirb.

Bəhnam Şeyxi İranda azərbaycanlıların hüquqlarının müdafiəçisi, Azərbaycan dilinin məktəblərdə tədrisini tələb edənlərdən biri kimi tanınır. Qardaşının dediyinə görə, onun həbsi də elə bununla bağlıdır. Həbsinə etiraz edən Bəhnam Şeyxi bir neçə gün aclıq da etmişdi.
XS
SM
MD
LG