Pakistanda «əl-Qaidə» terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 14 Azərbaycan vətəndaşı saxlanılıb. Məlumatı Türkiyənin NTV televiziyası yayıb. Hadisə ölkənin cənubundakı Bəlucistan əyalətinin paytaxtı Kuettada baş verib. 30-a yaxın şəxs avtobusla Pişəvərə gedərkən tutulub. Onlardan 16-nın (7 kişi, 5 qadın və 4 uşaq) Türkiyə, qalanlarının isə Azərbaycan vətəndaşları olduğu bildirilir. |
Azadlıq Trend
1