Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:02

Nazir: «43 nəfərin siyahısı» səriştəsiz jurnalistlərin təxəyyülüdür»


Azad Rəhimov, Gənclər və İdman naziri
Azad Rəhimov, Gənclər və İdman naziri
Azərbaycanda «Eurovision» layihəsinə dövlət tərəfindən rəsmi olaraq dəstək verən bir nazirliyinin rəhbəri olaraq yaranmış vəziyyəti araşdırmaq və məsələ ilə bağlı müvafiq fikir bildirmək əzmindəyəm».

Bu açıqlamanı APA-ya Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov verib:

«Məsələni araşdırarkən müəyyən olunub ki, sözügedən müsabiqə zamanı Azərbaycandan Ermənistan iştirakçısına səs vermiş şəxslərin sayı və siyahısı nə müsabiqə zamanı, nə də müsabiqədən sonra Azərbaycan tərəfində mövcud olmayıb. Belə olduğu halda, məsələdə adı hallanan Rövşən Nəsirovun belə bir siyahını görməsi ciddi şübhə doğurur. Digər şübhə doğuran məqam ondan ibarətdir ki, nəyə görə səs verənlərdən məhz və yalnız Rövşən Nəsirov MTN-ə çağırılıb. Deməli, adıçəkilən «43 nəfərin siyahısı» bəzi səriştəsiz jurnalistlərin təxəyyülündən başqa bir şey deyildir».

Azad Rəhimov bəzi kütləvi informasiya vasitələrinin bu mövzunu qəsdən siyasiləşdirməyə çalışdığını bildirib:

«Bizi məyus edən məqam odur ki, «Azadlıq» radiosunun Azərbaycan xidməti kimi bir sıra kütləvi informasiya vasitələri birtərəfli informasiya siyasəti yürüdərək, məsələyə siyasi don geyindirmə və bununla da mövzunu siyasiləşdirməyə çalışırlar.

Son vaxtlar Azərbaycana münasibətdə, xüsusilə ərazi bütövlüyü məsələsində dəfələrlə «ikili standartlar» mövqeyindən yanaşan «Azadlıq» radiosunun belə addımı ikrah hissi doğurur. Mən kütləvi informasiya vasitələrini məsələni siyasiləşdirməməyə, mövzunu daha dərindən araşdırmağa, maraqlı olan bütün tərəflərin fikrini işıqlandırmağa və ədalətli mövqe ortaya qoymağa çağırıram».

Rövşən Nəsirlinin «Eurovision» mahnı yarışmasında Ermənistanın mahnısına səs verdiyi üçün Milli Təhlükəsizlik Nazirliyinə çağırılması barədə iddianı MTN-nin müstəntiqi Ceyhun Süleymanov avqustun 17-də BBC-nin Azərbaycan xidmətinə müsahibəsində təsdiqləmişdi.

Mövzunu şərh etmək üçün «Eurovision»da Ermənistana səs vermək qəbahətdirmi?» sualı ilə keçirilən FORUMA daxil ol

Həmçinin bax:
POLITOLQUN OĞLÜ DA MTN-ə ÇAĞIRILIB
Hafiz Paşayev: «BU, SƏHV ADDIM İDİ»
«BİZ «EUROVİSİON»dan ÖTRÜ QARABAĞDAN KEÇMƏLİYİK?!»
«EUROVİSİON» QAYDALARINI POZAN TƏRƏFİ NƏ GÖZLƏYİR?
«HAKİMİYYƏT VƏTƏNPƏRVƏRLİKLƏ ALVER ETMƏMƏLİDİR»
«MTN-də mənə dedilər ki, sənin milli mənsubiyyətin yoxdur»
XS
SM
MD
LG