Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:47

«15 sentyabr olmasaydı 28 May istiqlalı reallaşmazdı»


Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Bakıda, 15 sentyabr 1918-ci il
Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Bakıda, 15 sentyabr 1918-ci il
«Bizim Yol»: Bu gün Bakının bolşevik-erməni istilaçılarından azad olunmasının 91-ci ildönümüdür. Əlbəttə ki, bu tarixi gündə paytaxtımızın azad olunmasında Nuru Paşanın xidməti xüsusi qeyd olunmalıdır. Amma bu gün Azərbaycanda Nuru Paşanın xatirəsi əbəbiləşdlirilməyib. Çoxsaylı heykəllər içində onun abidəsi yoxdur.
Mühüm tarixi olaylarla bağlı Məhəmməd Əmin Rəsulzadə İrsinin araşdırıcısı Nəsiman Yaqublu ilə söhbət etmişik.

«Hesab edirəm ki, 15 sentyabr yalnız Bakının tarixinə aid hadisə deyil. Bugünkü tarix XX əsr Azərbaycanının milli istiqlal tarixində ən önəmli bir hadisədir. O dövrdə görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, 1918-ci mayın 28-də Azərbaycanın istiqlalını sözlə elan etdiksə, sentyabrın 15-də biz onu əməllə həyata keçirdik. Yəni 15 sentyabr olmasaydı 28 May istiqlalı reallaşmazdı. O mənada Bakının qurtuluşunun tarixi əhəmiyyəti coğrafi sərhədlərinə görə də böyükdür. Əslində ötən əsrin əvvəllərində Bakı uğrunda böyük mübarizə gedirdi. Rusların, ermənilərin və dünyanın böyük dövlətlərinin də maraqlarını, xüsusən Bakını daimi beynəlmiləl şəhər etmək, Azərbaycandan ayırmaq, Rusiyanın bir quberniyasına çevirmək, 31 mart faciəsini və ermənilərin fəallığını nəzərə alsaq onda paytaxtımızın azad edilməsi doğrudan da böyük tarix hadisəydi».

«…Gəncədən üzü bəri bütün rayonların erməni qətliamlarından xilas olunmasında Nuru Paşanın rolu danılmazdır. Onun yüksək döyüş qabiliyyəti və sərkərdəlik bacarığı olmasaydı, yəqin ki, Bakını itirmişdik. Bu mənada Nuru Paşanın Bakıda və digər bölgələrdə heykəl qoyulması vacibdir».

«Yeni Müsavat»: «Gerçəkdən də idmançılarımızın İrəvanda qazandıqları qələbə riqqətdoğurucudur. Əksəriyyəti idman azarkeşi olan həmvətənlərmiz buna ürəkdən sevinirlər. Biz də içindəyik.

İndiyədək bir çox idman növləri üzrə dünya və Avropa çempionu olan idmançılarımız çox olub. Elə bir həftə olmur ki, haradasa idman yarışı keçirilməsin və bizim idmançılar oradan medalla qayıtmasınlar. Telekanalların idman bülletenləri az qala günaşırı onlardan bəhs edir». Xalid Kazımlı «Cüdoda yox, cidada qalib gəlməil» sərlövhəli köşə məqaləsində belə yazır.

«İdman qələbələri yalnız idman tarixində qalacaq. Real tarixi idman qələbələri yazmır. Bizə tarix yazan qələbələr lazımdır. Cüdo qələbəsindənsə cəng-cida qələbəsi yaxşıdır.
İdmançılarımızın İrəvana getməsi məsələsinə gəlincə, bir neçə kəlməyə ehtiyac var. Düşmən ölkədə qazandığımız medallara görə bəzilərinin dili uzanıb, deyirlər, gördünüzmü, cüdo üzrə Avropa çempionatında iştirak qərarı düzgün addım olub.
Məsələ medalda deyil. O medalların 5-i də qızıl ola bilərdi. Söhbət düşmən ölkə ilə aranı açmamaqdan, ünsiyyət qurmamaqdan, Qarabağ azad olunmayana qədər düşmənçiliyi sürdürməkdən gedir. Bizim uduşumuz yalnız bundadır».

«Yeni Azərbaycan»: «Demokratiyanın ən mühüm tələb və prinsiplərindən biri də söz və mətbuat azadlığıdır. Bu sahədə də Azərbaycan çox böyük uğurlara imza atıb. Azərbaycan müstəqillik qazanandan sonra qanunsuzluqlar baş alıb gedirdi, ayrı-ayrı dəstələr, siyasi partiyalara məxsus silahlı qruplaşmalar hakimiyyət uğrunda mübarizə aparırdı. Cəmiyyətdə baş verən bu kimi xaotik proseslər, təbii ki, mətbuata da təsir etmişdi. Odur ki, müstəqil mətbuatın yaranmasında da müəyyən problemlər var idi».

Milli Məclisin deputatı, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov müsahibəsində belə deyib.

«Mətbuatın dövlət nəzarətindən çıxarılması sahəsində də vacib addımlar atılıb. Azərbaycanda mətbuatın inkişafında Mətbuat Şurası yaradılması da yeni mərhələ olub. Artıq jurnalistikanın problemləri ilə Mətbuat Şurası məşğul olur» -, deyə B.Sadıqov bildirib.
XS
SM
MD
LG