Sentyabrın 23-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dövlətə xəyanət, terrorçuluğa hazırlıq, casusluq və başqa maddələrlə ittiham olunan 6 nəfərin məhkəməsi davam edib. Məhkəmə qapalı keçirilir. Müttəhimlərdən iki nəfəri Livan, dördü isə Azərbaycan vətəndaşlarıdır.
İstintaq materiallarında göstərilir ki, Livan vətəndaşları «Hizbullah» və «Sepah» terror təşkilatlarının sifarişi ilə İsrailin Azərbaycandakı səfirliyini, Qəbələ rayonundakı RLS-i partlatmağı planlaşdırıbmışlar. Azərbaycan vətəndaşları isə onlara kömək etməliymiş.
İttiham aktında göstərilir ki, Livan vətəndaşları olan Kərəki Əli Məhəmmədi və Nəcməddin Əli Hüseyni «Hizbullah» və «Əl-Qaidə» terror təşkilatının rəhbərləri Azərbaycana göndərib. Onlara tapşırıq veriblər ki, Azərbaycanda bir sıra terror aktları həyata keçirsinlər, insanların çox olduğu yerlərdə vahimə yaradan hadisələr törətsinlər.
BU İŞDƏ ONLARA AZƏRBAYCAN VƏTƏNDAŞLARI DA KÖMƏK ETMƏLİYMİŞ
İttiham aktında göstərilir ki, «Hizbullah»dan göstəriş alan Livan vətəndaşları İrana gəliblər. İranda «Sepah» təşkilatının nümayəndələri onları sərhəddən Azərbaycana keçirib. Bundan sonra təlimata uyğun Azərbaycan vətəndaşlarından ibarət dəstə yaratmaq üçün işə başlayıblar. Azərbaycan vətəndaşları Cavad Məmmədovu, Vidadi Rəsulovu, Müşfiq Amanovu və Əfqan Balaşovu sıralarına cəlb ediblər. İstintaq materiallarında göstərilir ki, onlar Qəbələ RLS-in ətrafına getsələr də, əraziyə keçməyə imkan tapmayıblar. Bir neçə dəfə isə İsrailin Bakıda səfirliyinin mühafizəsiylə maraqlanıblar. Azərbaycanın təhlükəsizlik xidməti onları həbs etdiyindən planlarını həyata keçirə bilməyiblər.
«İŞDƏKİ SÜBUTLAR QURAMADIR»
Bugünkü məhkəmə prosesində çıxış edən müdafiə tərəfi isə ittihamların qurama olduğunu bildirib. Vəkil Vüqar Xasayev deyir ki, əslində Azərbaycan vətəndaşlarının livanlıların əməllərindən xəbəri olmayıb:
«Azərbaycan vətəndaşları onları taksi sürücüsü və bu kimi işlərdə kömək ediblər. Livanlıların burada görəcəkləri işlərdən qətiyyən məlumatları olmayıb. İttihamçıların əlində nəinki mötəbər, heç qeyri-mötəbər sübut da yoxdur. Müdafiə etdiyim Vidadi Rəsulov İrandakı dostunun vasitəsiylə Əli Kərəki ilə tanış olub, elə bilib ki, o bir iş adamıdır. Ona taksi sürücüsü olub. Tanışlıqları da cəmi 3 gün çəkib. Taksi sürücüsü kimi onu ora-bura aparıb. Onun gördüyü işlərdən xəbəri olmayıb, hamısı saxta sübutladır».
Başqa vəkillər də müdafiə etdikləri şəxslərin günahsız olduqlarını deyiblər, onlara bəraət verilməsini istəyiblər.
CİNAYƏTDƏ BEŞ DƏQİQƏ OLMAQ DA KİFAYƏTDİR
Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri Mahmud Hacıyev isə deyir ki, cinayətdə epizodik iştirak etmək də cinayət subyekti olmağa kifayət edir:
«Qanunda elə müddəalar var ki, burda hər şey nəzərə alınır. Cinayət tərkibli əməl baş verəndə epizodik iştirak edən icraçı kimi getmir, elə iştirakçı kimi tanınır. Cinayətdə icraçı da ola bilər, təşkilatçı da, təhrikçi də ola bilər. Bunlar hamısı cinayətdə gedən subyektlərdir. Subyekt ola bilsin hansısa epizodda yarım saatlıq iştirak edib. O artıq iştirakçıdır. Epizodik rol o demək deyil ki, cinayətdən kənarda qalmalıdır. Beş dəqiqə iştirak etməklə də iştirakçılığı yaratmaq olar».
Məhkəmə hökmünün gələn həftə elan olunacağı gözlənilir.
Dövlət ittihamçısı müttəhimlər haqqında 13 ildən 15 ilə qədər cəza istəyib.