Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:58

Bəzi şirkətlərin mənzilləri 2 dəfədən də artıq enib


Əmlak bazarında bir ilə yaxındır hökm sürən süstlük davam edir
Əmlak bazarında bir ilə yaxındır hökm sürən süstlük davam edir
Əmlak bazarında bir ilə yaxındır hökm sürən süstlük davam edir. Mənzil alqı-satqısı ilə məşğul olan Azər Xəlilzadə deyir ki, vətəndaşların alıcılıq qabiliyyəti çox aşağı düşüb. Onun sözlərinə görə, mənzil alqı-satqısı ilə bağlı bir sıra reklamlar da real qiymətləri əks etdirmir:

- Bir də görürsən, yazılır ki, 42 min manata mikrorayonda ev var. Zəng edəndə deyirlər ki, həmin ev satılıb, başqası var. Məsələn, 1 otaq 50 minə. 8-9 ay əvvəl qiymətlər hansı həddə idisə, yenə də o həddə qalmaqdadır. Ancaq bəzən olur ki, kimsə mənzili kreditə götürür, müəyyən məbləği ödəyəndən sonra büdcəsi krediti davam etdirməyə imkan vermir. Bu zaman olur ki, kvadratmetri 500 manata alınan mənzili 280 manata belə satırlar. Ancaq ümumilikdə bazarda neçə aylardır ki, durğunluqdur.

«QİYMƏTLƏR 2 DƏFƏDƏN DƏ ARTIQ ENİB»

Bir aya yaxındır «Akkord» Şirkətlər Qrupu Bakıdakı mənzillərə endirimlə bağlı telereklamlar yayımlayır. Şirkətin mətbuat xidmətinin rəhbəri Afaq Quliyevanın sözlərinə görə, qiymətlər 2 dəfədən də artıq enib:

- Ötən il «Abşeron» Gənclər Şəhərciyində mənzillərin 1 kvadratmetri 650 manat idisə, indi 305 manata təklif olunur. Bakıxanov qəsəbəsindəki 1 kvadratmetri 800 manata satılan mənzillər indi 400 manatadır. Bakının mərkəzində isə qiymətlər yarıdan da aşağı düşüb. Nərimanov rayonundakı
Ramil Osmanlı
«Kosmos» yaşayış massivində mənzillər 1200 manata satışa çıxarılmışdı, indi onlar nağd ödəmədə 500 manata satılır.

«XIRDA ŞİRKƏTLƏR ARTIQ BAZARDAN ÇIXIB»


Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin rəhbəri Ramil Osmanlı yaranan durumu qlobal iqtisadi böhranla əlaqələndirir:

- Bazarda tələb və təklif arasındakı fərq həddən artıq böyükdür. İndi təklif tələbi azı 10-15 dəfə üstələyir. Yeni tikililərdə hazır mənzillərin çoxu satılmır. Tikinti şirkətləri nə qədər dayanıqlı olsa da, bazardakı durğunluq onlara mənfi təsir göstərir. Bir neçə iri şirkəti çıxmaq şərti ilə qalan xırda şirkətlər artıq bazardan çıxmağa məcbur olub. İri şirkətlər isə minimum həddə qədər alıcıya güzəştlər etməklə bazarda qalmağa çalışırlar.

Ramil Osmanlının sözlərinə görə, Azərbaycanda ən çox mənzil alan ailələr üzvlərindən biri xaricdə əmək miqrantı olanlar idi. Xüsusən Rusiyada, Türkiyədə işləyən şəxslərin yaxınları bir neçə ildə mənzil bazarında canlanma yaratmışdılar. Ancaq həmin ölkələrdə qlobal iqtisadi böhranla bağlı yaranan gərginlik əməkçi miqrantların maddi durumuna də mənfi təsir göstərib.
XS
SM
MD
LG