Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:26

Clinton insan haqları suallarını qaldırıb


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov (sağda) və ABŞ dövlət katibi Hillari Klinton (solda).
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov (sağda) və ABŞ dövlət katibi Hillari Klinton (solda).

Dövlət katibi Hillari Klinton Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə “Azərbaycanda insan haqlarının və demokratiyanın vəziyyəti ilə bağlı vacib suallar qaldırıb”.

Bunu Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon keçirdiyi mətbuat konfransında deyib.

Hillari Klinton görüşdə bloqqerlərin döyülməsinə və tutulmasına toxunub. O, Məmmədyarovun diqqətinə çatdırıb ki, “bloqqerlərin işi ilə bağlı açıq və ədalətli prosesi görmək istərdi.”

Filip Qordona sual verilib ki, Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşmasının Azərbaycan təsiri nə olacaq?

Qordon deyib ki, Dağlıq Qarabağ prosesi irəli gedir.

Ancaq Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşmasına heç bir ilkin şərt qoyulmur.

XS
SM
MD
LG