«Azərbaycanla Türkmənistanın Xəzərdəki ərazi mübahisəsində vasitəçiliyə Birləşmiş Ştatlar həm hazırdır, həm də vasitəçi olmağı istəyir». Bu bəyanatı Aşqabaddakı neft və qaz konfransında Amerikanın Dövlət Departamentinin rəsmisi Daniel Stein verib.
AMERİKA DƏSTƏK TƏKLİF EDİR
Stein Türkmənistanla Azərbaycanın mövqelərinin nə qədər qütbləşdiyini bildiyini də etiraf edib və deyib ki, onları bir araya gətirməyə vaxt lazımdır.
Dünyanın 200-ə yaxın nəhəng enerji şirkətinin iştirak etdiyi konfransda Amerika nümayəndə heyətinin başçısı – Dövlət katibinin Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin müavini Corc Kroll da AzadlıqRadiosuna eksklüziv müsahibəsində deyir:
«Birləşmiş Ştatlar Türkmənistanın və Azərbaycanın ərazi mübahisəsində razılığa gəldiyini görmək istəyir. Amerika bu ikitərəfli diskussiyaya birbaşa qatılmaq istəyir. Amerika razılığa gəlinməsi üçün lazım olan dəstəyi, imkanları təklif edir».
İyul ayında Türkmənistan prezidenti Berdımuxammedov hökumətin iclasında dedi ki, Azərbaycan «Ömər» və «Osman» yataqlarından, yəni «Azəri» və «Çıraq» yataqlarından neft çıxarır, halbuki onlar Türkmənistanındır.
Prezidentin göstərişi ilə Türkmənistan hökuməti «Kəpəz» də daxil, 3 yataq üzrə beynəlxalq məhkəməyə sənədlər hazırlamağa başlayıb. Türkmənistanın iddiasının qiyməti 200 milyard dollara yaxınlaşır.
TƏRƏFLƏR ÖZ İDDİALARINDA ÇOX DA TƏKİD ELƏMƏSİNLƏR
Vasitəçilik təklifini irəli sürən Amerika həm də xəbərdarlıq edir. Stein Aşqabaddakı konfransda bildirib ki, ərazi mübahisəsi həll olunmadan da qazı Xəzərlə daşımağın mümkünlüyünə Amerika inanır. «Associated Press»in məlumatına görə, o deyib:
«Sərhəd məsələsi həll olunmadan da biz istənilən vaxt Türkmənistanla Azərbaycanı birləşdirən qaz kəmərini tikə bilərik». Yəni işarə eləyib ki, tərəflər öz iddialarında çox da təkid eləməsinlər.
Qaldı ki, birbaşa mübahisənin mümkün həll yollarına, ekspertlərin fikrincə, həll variantları çoxdur.
Rusiyanın Strateji Tədqiqatlar Mərkəzinin eksperti Əjdər Kurtov «Nezavisimaya qazeta»ya deyir ki, ən azı bir yataqda - Azərbaycanın «Kəpəz», Türkmənistanın «Sərdar» dediyi yataqda birgə müəssisə yaratmaq olar. İkinci yol odur ki, Vaşinqton Xəzərin şimalında sərhəd olan Rusiya ilə Qazaxıstanın təcrübəsini təklif edə bilər.
«ABŞ VƏ AVROPA BİRLİYİ AZƏRBAYCAN VƏ TÜRKMƏNİSTANI RAZILIĞA GƏLMƏYƏ ÇAĞIRIRLAR»
Amerikanın Orta Asiya enerji layihələri üzrə xüsusi nümayəndəsinin baş müşaviri olan Stein bir daha təkrarlayıb ki, «Birləşmiş Ştatlar və Avropa Birliyi həm Azərbaycanı, həm Türkmənistanı razılığa gəlməyə çağırırlar. Bu razılıq olsa, türkmən qazı Xəzərlə Azərbaycana, buradan isə «Nabucco»ya və cənub dəhlizinin başqa kəmərlərinə qoşula bilər».
O, Türkmənistana müraciət edərək deyib ki, hələ çox Amerika şirkəti var ki, Türkmənistana gəlmək istəyir. Onların gəlişi Türkmənistan üçün faydalı olardı.
Xəzər qazını Avropaya çatdırmalı, uzunluğu 3 min 300 km, qiyməti 8 milyard dollar olmalı «Nabucco» kəmərinə hazırda kimin qaz verəcəyi bəlli deyil. Elə buna görə də tikintisinə investisiya qoyuluşu razılaşması gələn ilin əvvəlindən sonunadək yenə təxirə salındı.
Vaşinqtonun və Brüsselin dəstəklədiyi «Nabucco»nun Azərbaycana və Türkmənistana hansı xeyri ola bilər?
Almaniyanın RWE şirkətinin hesablamasına görə, məsələn, Azərbaycanın «Şahdəniz» yatağının qazının Türkiyə-Yunanıstan-İtaliya yolu ilə getməyi Azərbaycana hər min kubmetrə 90 dollara başa gəlir. Qazı Rusiyanın «Cənub Axını» ilə göndərmək 106 dollardır.
Azərbaycan qazını «Nabucco» ilə göndərsə, bunun xərci hər min kubmetrə cəmi 77 dollar olacaq.