Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:02

Bloqqerlər valideynləri ilə görüşəcək


Beynəlxalq təşkilatlar bloqqerlərin həbsinin sifarişli olduğunu bildirir və azad olunmalarını tələb edirlər
Beynəlxalq təşkilatlar bloqqerlərin həbsinin sifarişli olduğunu bildirir və azad olunmalarını tələb edirlər
Bu gün və sabah həbsdə olan bloqqerlər Adnan Hacızadə və Emin Milli ilk dəfə olaraq saxlandıqları istintaq təcridxanasında valideynləri ilə görüşəcək.

Noyabrın 25-də Adnan Hacızadə, 26-da isə Emin Milliyə görüş veriləcək. Hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanandan ailə üzvləri ilə görüşə bilməyiblər.

Emin Milli və Adnan Hacızadə noyabrın 11-də Səbail Rayon Məhkəməsinin qərarı ilə xuliqanlıq ittihamı ilə 2,6 və 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Beynəlxalq təşkilatlar onların həbsinin sifarişli olduğunu bildirir və azad olunmalarını tələb edirlər.
XS
SM
MD
LG