Keçid linkləri

2025, 18 Aprel, Cümə, Bakı vaxtı 05:19

Çeçenistanda yeniyetmənin cəsədini meydana çıxarıblar


Çeçenistan. Qroznı. (Foto arxiv)
Çeçenistan. Qroznı. (Foto arxiv)

Çeçenistanda Açxoy-Martan şəhərində 17 yaşlı yeniyetmənin cəsədini meydana çıxarıblar. Hakimiyyət onu post-patrul xidməti əməkdaşlarına hücumda günahlandırırdı. Bu haqda "Kavkaz.Realii" yazır.

PPX postuna hücum aprelin 7-də axşam baş verib. Hücum edənin bıçaqla iki polis əməkdaşını yaraladığı bildirilir. Onlardan biri xəstəxanada keçinib. Yeniyetməni güllələyiblər.

Aprelin 9-da Açxoy-Martanda büdcə işçilərini, müəllimləri, yuxarı sinif şagirdlərini meydana yığıblar. Tədbirə rayon başçısı Xoza Bursaqov da qatılıb.

"Başçı nəsə danışmağa başladı, amma hamının diqqəti müşəmbəyə bələnmiş bir şeyin necə maşından çıxarılaraq hər kəsin görməyi üçün meydana aparıldığına yönəldi. Gözlərimə inanmadım: qan içində olan müşəmbəyə meyit bələnmişdi, ondan ayaq sallanırdı", – müəllimlərdən biri "Kavkazski Uzel"ə danışıb.

Onun sözlərinə görə, qadınlardan bəziləri özündən gedib, bəziləri çıxıb getmək istəyiblər. Amma güc strukturu əməkdaşları heç kimin getməsinə imkan verməyiblər.


Yerli məmurlar Çeçenistan rəhbəri Ramzan Kadırovun sözlərini təkrarlayıblar. Belə ki, yeniyetmənin valideynləri Çeçenistandan qovulacaq, onların mülkiyyəti isə dövlətə veriləcək. Yaxınlarının yeniyetməni dəfn etməsinə icazə verilməyəcəyi bildirilir.

XS
SM
MD
LG